Page 248 - Pure Life 09
P. 248
/
(
222 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Beləliklə, insanın xarici aləmlə elmi və nəzəri
rabitəsi vasitəsiz və onun həssasiyyət və əməlləri
ilə rabitəsiz olaraq formalaşmır və belə bir
rabitənin nəticəsi qəlbi bağlılıq, nikbinlik və
bədbinlik və ən zəif mərhələdə onun rəftarından
təsirlənmiş olan yeni məfhum və dərk edilən
1
şeylərin yaranması olacaqdır.
İctimai prizmadan da məfhum və təriflər
sisteminin etiqad və inanclardan təsirlənməsi
aşkarcasına hiss olunmaqdadır. Günümüzdə ictimai
şəraitdən uzaq və qapalı mühitdə olan, öz vaxtını
tədqiqat və yeni kəşflərə sərf edən bir alim və
tədqiqatçını nadir halda tapmaq mümkündür.
Ehtiyaclar cərəyanı və ictimai maraqlar
sisteminin elm və araşdırmalar üfüqünün
gələcəyində həlledici rolu vardır və tədqiqat
marağının hətta araşdırma və tədqiqat mərkəzlərində
belə yalnız axtarış və elmi sevmək ruhiyyəsi, başqa
sözlə desək, “elm xatirinə elm” ilə olması təsəvvürü
sadəlövhcəsinə olan bir təsəvvürdür.
Müasir dövrdə tədqiqat müəssisələri onların varlığı
və ictimai sistemdə mədəni, siyasi və iqtisadi hədəf və
məqsədləri həyata keçirmək baxımından yaranan
ehtiyacın ardınca cəmiyyətin çatışmamazlığını həll
etmək və ictimai hərəkat qanununu hazırlamq
vəzifəsini öz öhdəsinə götürmüşdür.
1. Allahın Rəsulu (s) buyurur: مصیو یمعی ءیشلل کبح “Sənin bir şeyə
nisbətdəki məhəbbətin sənin həmin şeyin eyiblərini görməmən və
eşitməməyinə səbəb olur.” (“Bihar”, c.77, səh. 164.)