Page 247 - Pure Life 09
P. 247
Siyasət Elminə bir Baxış/ 223
Həmin səbəbdən, üsul və müqəddimə məsələlərin
təsis edilməsindən tutumuş münasib metodun seçimi
və məhsul istehsalı, hətta istehsalın həcmi və yeni
rabitələrin kəşfinə qədər elm və tədqiqatların inkişafı
ümumi meyllərdən təsirlənmiş və planlaşdırılmış,
həmçinin, müəyyənləşdirilmiş hədəflərə tabedir.
İctimai təmayüllərin dəyərləndirilməsinin əsas
meyarı Allaha pərəstiş və ya dünya və onun maddi
ləzzətlərinə pərəstişdən ibarətdir. Əlbəttə, bəzi
cəmiyyətlərdə də ictimai təmayüllər mütləq şəkildə
deyil, əksinə bu iki məsələnin müxtəlif nisbətlərindən
ibarət olan mürəkkəb şəkildə formalaşır. Nəticədə,
terminlər, məfhum və təriflər təmayül və hədəflərin
beşiyində doğulur və həmin maraq və hədəflərə tabe
olaraq müxtəlif şəkillər (formalar) alır.
Bu minvalla, bir qayda olaraq, humanitar elmlərə
məxsus olan , xüsusilə də, başlıqlar və külli, aidiyyatı olan
terminlərlə bağlı vahid bir tərif əldə etmək mümkün olmur.
Ona görə ki, hər bir fərd xüsusi dünya görüşü və təmayülə
münasib olaraq mövzunu tərif və bəyan etməyə çalışır.
Beləliklə, geniş yayılmış olan tərif və məfhumlar
onlar arasındakı ixtilaf və ziddiyyətlərə baxmayaraq,
məlumat və tanışlıq üçün təqdim edilir və seçilmiş
olan tərif kitaba hakim olan düşüncə sisteminə
1
mütənasib şəkildə oxuculara təqdim olunur.
1. Bu kitab tədriq məqsədi üçün nəzərdə tutulduğundan, müxtəlif təriflərin düz
və ya yanlışlığı barədə aşkarcasına hökm yürütməkdən daşınılmışdır. Ona görə
ki, birincisi, birprizmalı nəzər salmaq və elmi senzura ilə ittiham olunmayaq.
İkincisi, elmi tədqiqatçılarda müəllim və tədrisə ehtiyacsızlıq hissi yaranmasın və
daimi olaraq tədqiqat ruhiyyəsi və toplu şəkildə elmi fəaliyyətlər daha da artsın.