Page 246 - Pure Life 09
P. 246
/
(
224 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Siyasətlə bağlı əhatəli bir məfhum təqdim etmək
qeyd edilən məsələlərdən istisna deyil. Beləliklə,
burada təriflərin müştərək və külli (ümumi)
xüsusiyyətlərinə istinad edərək siyasətin ümumi və
xüsusi məfhumunu bəyan etməyə çalışacağıq.
Siyasətin ümumi tərifi
Siyasətin ümumi məfhumu aşağıdakı kimidir:
“Rabitələr, mədəniyyətlər və iqtisadiyyat
toplusuna (məcmusuna) ictimai inkişafı
gözəlləşdirmək baxımından elmi və praktiki
şəkildə rəhbərlik və onların idarə edilməsi.”
Bu təriflə siyasətin tərifindəki aşağıdakı ünsür və
vasitələr qeyd edilə bilər:
Siyasətin əsas diqqəti işlərin qaydaya
salınmasında iradə və qüdrətin tənzimlənməsi
və istifadəsini zəruri edən idarəçilik və himayə
mövzusu ilə bağlıdır. Əlbəttə, hər bir işdəki
himayə üç mərhələni ötməklə həyaka keçir:
Müəyənləşmə məthələsində pozulmayan və yerinə
yetirilməsi zəruri olan metod müəyyən edilir.
1. İctimai məsələlər rabitələr, iqtisadiyyat və
mədəniyyətdən ibarət olan üç böyük qrup əsasında
bölgülərə ayrılır və ümümi mənadakı siyasət bütün
bu məsələlərin idarə edilməsi ilə mükəlləfdir.
2. Sistem şəklində nəzərdə tutulan cəmiyyət müxtəlif
hədəflərin tərkibinin nəticəsi, cəmiyyətin strukturları
və böyük və kiçik ictimai sahələrdən ibarətdir və
onunla əlaqədar və son hədəflərə malikdir.