Page 164 - Pure Life 11
P. 164
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /163
Bəzi bölgələr qadın tarlada, bağçada əri ilə bərabər, -
hətta bəzi bölgələrdə kişi işsiz-gücsüz çayxanada
oturarkən, - qadın tək başına işləyir. Axşam evə
gəldiyində də süfrə hazırlamaq, yemək bişirmək və s. kimi
işləri də yenə o etməli olur. Niyə? Çünki güc o kişidədir!
Halbuki İslamiyyət, gücü deyil haqqı əsas götürür. Haqlar
və vəzifələr qarşılıqlıdır; bir tərəfə həmişə haqq, o biri
tərəfə həmişə vəzifə düşürsə, orada ciddi bir zülm vardır.
Nəticə olaraq bunu deyə bilərik ki, Allah Təala insan
nəsilinin, iki nəfərin birləşməsi ilə davam etməsini
nəzərdə tutmuşdur. "Realist" bir fitrət dini olan İslamiyyət
insan təbiətinə zidd həyat tərzi olan rahibliyə icazə
verməmiş, qadın- kişi əlaqələrini sağlam bir təmələ
oturtmuşdur. Fədakarlıq əsaslarına söykənən ailə: razılıq,
güvən, hüzur, sevgi və şəfqət deməkdir. Ailə bunun üçün
qurulur. Bunlardan birinin olmadığı bir ailədə probləmlər
var. Hüzur və sükunət, insanların həyat yoldaşlarından
razı olmalarından asılıdır.
Qadın kişinin, kişi də qadının zirehidir. Hər ikisi də
özünə yaxşı baxaraq: özünü inkişaf etdirərək, israf
etməyərək bu funksiyasını ən yaxşı şəkildə icra etməli,
yoldaşını qorumalıdır. Ailə qurularkən həyat yoldaşları
doğru seçilməli: gözəllik, yaraşıqlılıq, zənginlik kimi
keçici maddi xüsusiyyətlər əsas götürülməməli, qalıcı
xüsusiyyətlər əsas götürülməlidir.
Həyat quracağınız insanla aranızda fikir uyğunluğunun
olub olmadığı, onunla yaşamağın mümkünlüyü
araşdırılmalıdır. Saleh bir möminin xüsusiyyətləri, yaxşı
bir həyat yoldaşının da xüsusiyyətləridir; namuslu, dürüst,
etibarlı, öz ayaqları üzərində dayana biləcək, ailə yükünü
qaldıra biləcək, anlayışlı, qənaətkar və nəzakətli insanların
qurduğu ailələrdə böyük bir ehtimalla eyni xüsusiyyətləri
daşıyan nəsillər yetişəcək.