Page 159 - Pure Life 11
P. 159

(
                   /
               158  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
                  Mark    Zükerberq    üçün    siz  sadəcə     onun  nəhəng
               məlumatlar    bazasında  mövcud    bir    rəqəmsiniz.  Sizin
               vəzifəniz  reklam    elanları    izləmək,  oyunlara    pul
               xərcləmək, və  varlıları  daha da  varlı  etməkdir.
                  Əslində   sizə   internetdə nə   olursa    olsun  bu  heç
               kimi  maraqlandırmır.


               Nəticə
               Quran, hər şey kimi insanoğlunun da cüt yaradıldığından
               danışır.  Bu  da  Allahın  bir  ayəsi,  eləcə  də  mütləq
               qüdrətinin sübutu və dəlilidir. Qadın və kişi deyə iki fərqli
               reallıq  olduğuna  görə,  ‘Dəblə  ayaqlaşıram!'  deyərək
               qadın-kişi eyniliyindən söz edə bilmərik.
                  Çünki  əsas  olan  bəşəri  xüsusiyyətləri  bir  tərəfə  qoysaq
               görərik ki, onların birində olan bəzi xüsusiyyətlər digərində
               yoxdur; kişinin qadından, qadının kişidən bəzi üstün tərəfləri
               vardır. Kişi və qadın, fərqli  yaradılışları ilə insan həqiqətini
               tamamlayırlar. İlahi iradə "insan"ın bu ‘iki' cütün "bir"ləşməsi
               ilə meydana gəlməsi istiqamətində təcəlli etmişdir.
                  Kişi kişiliyini, qadın da qadınlığını bildiyi zaman; yəni,
               heç  kim  o  birinin  əlindəkinə  göz  dikmədiyi,  hər  kəs  öz
               rolunu oynadığı zaman həyat daha xoşbəxt, zövcələr daha
               hüzurlu  olacaqlar.  Bununla  birlikdə,  "qol  gücü"  kişidə
               olduğundan, fədakarlıq da ona düşür.
                  Təəssüf ki, əksər hallarda kişilər bu fədakarlığı göstərə
               bilmədiklərinə  görə  şərtlər  hər  zaman  qadının  əleyhinə
               olur;  qadın  tarix  boyunca  bioloji  fərqliliyi,  gücsüzlüyü,
               heyz  halı  və  s.  səbəblərə  görə  xor  görülmüş,  əzilmişdir.
               Dini,  siyasi,  iqtisadi;  yəni  bütün  "güc"ü  əlində  tutan
               kişilər; lətafəti, cazibə və gözəlliyinə görə qadın üzərində
               lazım  olduğundan  çox  dayanmış,  bəzən  onu  özündən
               qorumaq,  bəzən  isə  özünü  onun  "fitnə"sindən  qorumaq
               məqsədi ilə cəmiyyətdən kənarlaşdırmışdır.
   154   155   156   157   158   159   160   161   162   163   164