Page 161 - Pure Life 11
P. 161

/
                  (
               160  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)

                                                       1
                  Qurani  Kərimdə  sözü  güdən  ayə   Quranın  mütəşabih
               (çətin  anlaşılan)  ayələrindən  biridir  "Nüşuz"undan
               şübhələnilən bir qadın; döyüləcəkmi və ya ona daha gözəl
               örnəklərmi  göstəriləcək,  yoxsa  evdənmi  çıxarılacaq?  Bu,
               hərəkətə  görə  dəyişir.  Sözü  gedən  cəzanın  qadının  hansı
               hərəkəti  qarşılığında  verildiyi  təsbit  və  təyin  edilmədiyi
               üçün,  "Hansı  çağda  yaşayırıq  canım!"  çılar,  "Quran"ın
               cəzasının çox böyük olduğunu başırıb-çağırılar.
                  Halbuki baxın, "Nüşuz nədir ki buna qarşı ən son çarə olaraq
               döymək  kimi  belə  ağır  cəza  nəzərdə  tutulmuşdur?"  sualına
               cavab axtararkən, Allahdan, eyni surənin bir başqa ayətində bu
                                                                   2
               dəfə də kişinin “nüşuz”undan bəhs edildiyini görürük:
                  Ragıb  İsfahaninin  ifadə  etdiyi  kimi,  nüşuz;  qadının,
               yoldaşından  nifrət  edərək  gözünü  başqasına  dikməsi;  bir
               başqa kişiyə könül verməsidir. Kişinin ‘nüşuzu da əksinə;
               arvadından  nifrət  edib  yad  bir  qadına  könül  verməsidir.
               Kişinin yoldaşına itaətsizlik ya ədəbsizlik etməsi mümkün
               olmadığı  üçün  bu  kəlməni  itaətsizlik  və  ya  ədəbsizlik
               olaraq  anlaya  bilmərik.  O  halda,  ölkəmizdəki  namus
               cinayətlərini də diqqətə alaraq düşünək; belə bir şeyə qarşı
               ən  son  çarə  olaraq  öncədən  görülən  “döymək”  ağırdır
               yoxsa yüngül?
                  Quranda  kişi  ilə  qadın  “bir-birinin  zirehi”  olaraq
               tanıdılır. Evliliyin ən fundamental funksiyası hər iki fərdin
               razı  qala  biləcəyi  bir  cinsəlliyi  yaşamasıdır.  Tərəflərdən
               biri  narazı  qaldığı  təqdirdə  ailə  bağları  uzun  müddət
               davam  edə  bilmir.  Cinsəl  funksiya  pozulduğu  təqdirdə
               fiqhin təklif etdiyi yollara baş vurulmalıdır.
                  Bundan  başqa  tərəflərin;  "Necə  olursa  olsun,  axır  ki,
               birini  tapıb  evlənmişik!'  deyərək  özlərini  çarəsizliyə
               məhkum etmələri doğru deyil.


               1. Nisa, 34.
               2. Nisa, 128.
   156   157   158   159   160   161   162   163   164   165   166