Page 163 - Pure Life 11
P. 163

/

               162  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
                  (
                  Ər  və  arvad  arasında  birinin  lehinə  böyük  bir
               “zənginlik”  fərqindən söz gedərsə o zaman ailə daxilində
               sakitlik olmaya bilər. Əgər bu fərq qadının lehinə olarsa o
               zaman kişinin halı ürək ağrıdan olacaq. Ailəni  sakitliyini,
               rahatlğını  pozan  amillər  bunlardır:
                   -  Kişinin  ailə  rəisi  (başçısı)  olmağı  tələb  edən
                      xüsusiyyətlərdən məhrum olması .
                  Ailə  sözündə,  "öz-özünə  yetə  bilməyib  başqasının
               üstündə  yük  olmaq"  mənası  vardır.  Belə  ki,  Hz.
               Peyğəmbərə;  "O  səni  "ail"  olaraq  tapıb  da  zəngin
               etmədimi?"
                  buyurularkən  bu  mənada  istifadə  edilmişdir.  İndiki
               vaxtda bir az dəyişmiş olsa da bütün ailə fərdləri hələ də
               kişinin əlinə baxırlar; bunu bir az da ənənəvi anlayış belə
               zərurət halına gətirə bilər. Şəhərlərdə 20  yaşdakı uşaqlar
               belə hələ atalarından cibxərcliyi alırlar; təhsil həyatlarını
               başqa cür davam etdirmələri də mümkün deyil.
                  İstər ata olaraq, istərsə də ər olaraq kişi güclü olduğu və
               maddi zərurəti təmin edə bildiyi qədər "kişi"dir. Kişinin;
               ailəsinin dolanışığını təmin edə bilməməsi ya da "güc"süz
               olduğu  üçün  ailə  üzvlərinə  söz  keçirə  bilmədiyi  təqdirdə
               hər  başdan  bir  səs  çıxacağı  üçün  o  ailədə  hüzur  tapmaq
               mümkün deyil. Belə ailələrin dağılma ehtimalı böyükdür.
                  Əgər qadın güc və infaq baxımından kişiyə ortaq olsa o
               zaman vəziyyət necə olacaq?
                  Maddi  baxımdan  üstünlük  olan  bu  bərabərlik  mənəvi,
               hissi tərəflərdən də üstünlükdürmü? Bunu müzakirə etmək
               mümkündür.  Belə  ki,  işləyən  qadının  şəxsi  qazancının
               əhəmiyyətli bir qisimini ailəsinə deyil, öz "ehtiyac"larına;
               əyin-başına,  saçına-dırnağına  xərclədiyini  görürük.  Digər
               tərəfdən  qadının  ailə  iqtisadiyyatına  kömək  etməsi  ini
               tkişinin ev işlərində ona yardım etməsələb edir.
   158   159   160   161   162   163   164   165   166   167   168