Page 160 - Pure Life 11
P. 160

Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /159

                  Qurana  görə ideal bir qadının əsas altı özəlliyi var; Allaha
               təslimiyyət,  iman,  itaət,  tövbə,  ibadət  və  məşəqqətlərə  sinə
               gərməyi bacarmaq (bu qənaətkarlığı da ehtiva edir).
                  Bir  qadın  üçün  ideal  ər;  Allaha  könüldən  bağlı  olub,
               Ona  təslim  olan,  ibadət  edən,  günahında  israr  etməyən
               (tövbəkar),  namuslu  bir  mömindir.  Çünki  Allah  Qurani
               Kərimdə cənnətlik möminlərin keyfiyyətlərini sayarkən bu
                                                 1
               söylədiklərimizi vurğulamışdır.
                  Bu  keyfiyyətləri  daşıyan  qadın  və  kişi  tərəfindən
               qurulan  bir  ailədə  şübhəsiz  ki,  eyni  keyfiyyətlərə  sahib
               insanlar yetişəcək. Gələcək həyat yoldaşını sadəcə malına-
               mülkünə,  gücünə-qüvvətinə,  nüfuzuna,  gözəllik  və
               yaraşığına görə seçən bir qadın ya da kişi çox keçmədən
               həyatını özünə zindan etdiyini anlayacaq. Çünki Dünyanın
               nə zəngini bitər, nə də gözəli...
                  Ailəni  quran  qadın  və  kişidirsə  onları  bir  yerdə  tutan
               nigahdır.  Yəni  evli  cütlərin  bir-birilərini  mənimsəməsi;
               sağlam  bir  şəkildə  sözləşməsi  və  bunu  üçüncü  şəxslərə
               duyurub qanuniləşdirməsidir.
                  Nigah  sayəsində  cütlər  üç  mənəvi  rabitə  ilə  bir-birinə
               bağlanmış  olur;  belə  ki,  bir-birinə  ər  və  arvad  qədər
               "yaxın"  olan  başqa  iki  insan  təsəvvür  etmək  mümkün
               deyil.  (Maraqlıdır  ki,  bu  bağlar  qopduğunda  da  ər-arvad
               qədər  bir-birinə  yad,  yabançı,  düşmən  olan  iki  insan
               yoxdur!!!)  Sadəcə  nigah,  qadınla  kişini  bir-birinə
               bağlamaz.  Nə  qədər  yaxın  olsalar  da  bu  uzun  müddətli
               olmaya bilər. Ailəni  qoruyan  ilk  amil  güvəndir.
                  Ər-arvadın  bir-birinə  güvənmədiyi  ya  da  güvənlərinin
               azaldığı  ailə  gec-tez  zindana  çevrilir.  Bugüvənsizliyin
               mütləq aradan qaldırılması lazımdır. Bu mövzuda əsl iş də
               kişiyə düşməkdədir; nə olursa olsun yuvasını qurtarmalıdır.

               1. Muminun, 1-11
   155   156   157   158   159   160   161   162   163   164   165