Page 162 - Pure Life 11
P. 162
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /161
Ailə fərdləri düzənlərinə, təmizliklərinə diqqət
yetirməli, yemək və içməkdə israf etməməli, hərəkətsiz bir
həyatı seçməməlidirlər. Xülasə özlərinə diqqət yetirməli,
cazibələrini itirməməyə çalışmalıdırlar. Çünki bəlli yaşa
qədər fərqinə varılsa da varılmasa da ailə səadəti buna
istinad edir.
Əlbətdə sadəcə cinsi razılıq hər şey demək deyil; sözü
gedən ayənin davamında, yoldaşlar arasında sevgi
(məhəbbət) və mərhəmətin olması də vurğulanmışdır ki,
bu da qadın ilə kişi arasındakı əlaqənin tamamilə
cinsəlliyə bağlana bilməyəcəyini göstərir. İnsanlar
təxminən 80 il yaşayırlar; cinsəllik keçicidirsə də sevgi və
mərhəmət əbədidir.
Ər-arvadın zidd strukturlarda olması qan uyğunsuzluğu
yaradır. Birinin bəyəndiyini o biri bəyənməz, birinin səhv
dediyinə o biri doğru deyər. O halda, ər-arvadın Quranın
işığında bir elm almaları ailə səadəti baxımından
əhəmiyyətlidir. Ailə hüzurunda tərbiyə/təhsil fərqinin olması
da əhəmiyyətli bir faktordur; inanışı, düşüncəsi, yaşayışı bir-
birindən fərqli insanların 3-4 il keçdikdən sonra bir-birlərinə
dözə biləcəkləri ehtimalı çox zəifdir. Başqa sözlə maddi qan
uyğunsuzluqlarında necə tədbir görülürsə, mənəvi qan
uyğunsuzluğunda da eləcə tədbir görülməlidir.
Yəni ailə quracağınız insanın xarakterini, təhsilini,
hətta anasını-atasını, qohumunu hələ evlənməmişdən öncə
yaxşıca araşdırmanız lazımdır.
"Armud dibinə düşər", "Anasına bax qızını al", "Kişi
dayıya, qız bibiyə çəkər" kimi atalar sözləri əlbəttə böyük
təcrübələrin məhsuludur.
Ər və arvadın fikirlərinin bir-birilərinə uyğun olmaları
(din-dil-mədəniyyət birliyi), mal, mülk və s. imkanlar
baxımından da təxminən bir-birlərinə bərabər olmaları
evliliyin davamında əhəmiyyətli bir faktordur.