Page 109 - Islamic Studies 01
P. 109
,
108) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
belə bir fikir irəli sürür:
“Şübhə edilməməsi lazım olan başqa bir xüsus da budur:
“Allaha itaət edin , Peyğəmbərə və özünüzdən olan əmr
sahiblərinə itaət edin” ayəsində əmr edilən itaət mütləq olub
heç bir şərtə bağlanmamış və heç bir qeydlə də
1
məhdudlaşdırılmamışdır” . ə
Məkarim Şirazi özünün “Təfsir – Nümunə” əsərində ayədə
gələn, “Ey iman gətirən kəslər , Allaha itaət edin , Peyğəmbərə
və sizlərdən olan əmr sahiblərinə itaət edin !” itaət barəsində
belə bir fikir irəli sürür: ””“azi
“Ayədə əvvəlcə imanlı şəxslərə Allahdan itaət etməyə göstəriş
verilir. Aydın olduğu kimi imanlı bir fərdin bütün itaətləri,
gərək Allaha itaət etməklə tamamlansın və hər cür rəhbərlik
onun pak zatından sərçeşmə alsın və onun göstərişlərinə
əsasən olsun . Çünki bütün kainatın hakimi və maliki odur və
hər cür hakimiyyət və malikiyyət onun fərmanı ilə omalıdır .
İkinci mərhələdə Peyğəmbərdən(s) itaət etməyə göstəriş verir.
Peyğəmbər məsumdur və heç bir həva və həvəs üzündən söz
deməz. Peyğəmbər Allahın insanlar arasında nümayəndəsidir
və onun sözü Allahın sözüdür. Bu məqam və mənsəbi Allah
özü ona vermişdir. Beləliklə Allahdan itaət etməklik, onun
xaliqiyyətini və müqəddəs zatının hakimiyyətini istəməkdir.
Lakin Peyğəmbərdən(s) itaət etmək Allahın göstərişi ilə vacib
olur. Başqa sözlə desək Allahın itaəti zat səbəbi ilə vacibdir.
Və Peyğəmbərin itaəti isə başqasının səbəbi ilə vacibdir.
Üçüncü mərhələdə “ ulul - əmrdən ” itaət etməyə göstəriş verir
1. Burada, səh 547.