Page 111 - Islamic Studies 01
P. 111

,
               110) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               Qurani-Kərimi təlavət edirkən biz bir çox ayələrdə itaət sözünə
               rast  gəlirik  və  bu  itaət  kəlməsi  həm  müsbət  və  həm  mənfi
               mənada işədilir. Həm itaət və həmdə təqlid mahiyət etibarı ilə
               özündə tabeçilik mövhumunu daşıdığından, itaətə dair ayələrə
               biz  eyni  zamanda  təqlid  kimi  də  baxa  bilərik.  Bircə  Allaha
               itaət məsələsində təqlid ifadəsinin işlədilməsinin nə dərəcədə
               düzgün  olub-olmaması  məsələsi  qalır.  Görəsən  Allah

               barəsində də təqlid sözününü işlədə bilərikmi ? Əgər Allahın
               arxasınca gedib, onu izləyirik desək, belə təqlid əlbəttə bir az
               məcazi  məna  daşımış  olar.  Çünki  insan  bu  şəkildə  təqlidi
               ancaq, özü kimi bəşərin arxasınca gedərək onu icra edə bilər,
               əgər Allahın sifətləri  və  əxlaqı  barəsində  oxşarlıq  mənasında
               təqlid ifadəsini işlətsək, onda bu mənada təqlid sözünü istifadə
               edə  bilərik.  Digər  tərəfdən  bizə  belə  bir  hədisdə  məlumdur:
                                                  1
               “Allahın əxlaqı ilə əxlaqlanın” . Bundan digər başqa yerlərdə
               Allaha  itaət  sözünü  işlətmək  daha  münasib  ifadədir.  Fəslin
               əvvəlində təqlidə verdiyimiz tərifdən bildiyimiz kimi, təqlidin
               bir mənası da kiməsə özünü oxşatmaq, özünə bir örnək olaraq
               nümunə götürmək mənasıdır. Bu barədə biz daha geniş şəkildə
               söhbət  açacağıq.  Yuxarıda  izah  etdiklərimizə  əsasən,  əgər
               Peyğəmbər (s) və Əhli – beyt barəsində itaət sözünün yerinə
               təqlid sözünü tətbiq etsək, onda Peyğəmbərə(s) və Əhli – beytə
               təqlidimiz  elə  Allaha  itaətdir  deyə  bilərik.lAllaha  və  onun
               Peyğımərinə (s) itaət barəsində ayələrə isə Quranı – Kərimin
               bir çox yerlərində rast gəlirik . Misal üçün buna dair aşağıdakı
               ayələri göstərə bilərik:gggg

               “Peyğəmbərə itaət edən şəxs şübhəsiz ki , Allaha itaət etmiş
               olur  ,  hər  kim  üz  döndərsə  ,  biz  səni  onlara  gözətçi  təyin
                             2
               etməmişik”  .


               1.Əllamə Məhəmməd Baqir Məclisi, Biharul-ənvar, c. 1, səh. 58
               2. Qurani-Kərim, ”Nisa” surəsi, ayə 80
   106   107   108   109   110   111   112   113   114   115   116