Page 113 - Islamic Studies 01
P. 113
,
112) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Peyğəmbərə(ə) təqlid vasitəsi ilə əldə etmiş oluruq. Mütləq
təqlid termini fikri, həmçinin Peyğəmbərə (s) və “əmr
sahibləri” hesab etdiyimiz Əhli – beytə (ə) qeyd–şərtsiz itaət
sözü ilə bağlı ayənin “Əl – Mizan” təfsirindəki fikrə uyğun
gəlir. Bu da, digər şəxslərdən fərqli olaraq, Peyğəmbər (s) və
Əhli – beyt İmamlarının(ə) məsumiyyətindən irəli gələn bir
məsələdir. Məsumluq deyəndə isə, biz belə hesab edirik ki,
bütün peyğəmbərlər və islam Peyğəmbəri (s) də daxil olmaqla
və Əhli – beyt İmamları elə bir qüvvəyə malik olmuşlar ki,
onları hər bir günahdan, xəta və səhvlərdən saxlayır və onlara
məsumluq dərəcəsi verir. Ancaq digər şəxslərdə isə belə bir
xüsusiyyət yoxdur. Məhz məsumluq xüsusiyyətinin onlarda
olub, bizdə olmaması bizə onlara mütləq təqlid yolu ilə itaəti
vacib edir.nn nnnnn nnnnnnnnn
Mütləq təqlid dedikdə, başqa bir mənada onlara tam
təslimiyyəti nəzərdə tutulur. Yəni hər bir işimizdə biz
özümüzü Peyğəmbər (s) və Əhli – beyt İmamlarına (ə) tam
təslim etməliyik. Burada artıq onların fikirləri və verdiyi
hökmlərin qarşısında bizim öz fikir və rəy bildirməyimizin
yeri yoxdur. Əks halda biz onların və eyni zamanda isə Allahın
itaətindən çıxmış oluruq. Bu barədə Allah – təalə Qurani –
Kərimdə belə buyurur : “Allah və onun Rəsulu, bir işə hökm
etdikləri zaman, heç bir mömin kişi və qadına yaraşmaz ki,
özləri barəsində ayrı bir iş seçsinlər. Kim Allah və onun
1
Rəsuluna asi olsa, açıq–aydın bir azğınlığa düşmüş olur” .
ııııııııııııııııııııııııııııı
Digər bir ayədə: “Amma belə deyildir, sənin Rəbbinə and
olsun ki , onlar öz aralarında baş verən ixtilaflarda səni hakim
etməyincə və verdiyin hökmlərə görə dilgir olmadan sənə tam
2
boyun əyməyincə iman gətirməzlər” Və yaxud başqa bir
1. Qurani-Kərim, “Əhzab” surəsi, ayə 36.
2. Qurani-Kərim, ”Nisa” surəsi, ayə 65.