Page 110 - Islamic Studies 01
P. 110
Qurani-Kərimdə Peyğəmbərə (s)... / (109
ki, bu da islam cəmiyyətini, xalqın dinini və dünyasını
1
qorumaq üçündür” .
Araşdırma
Əvvəla onu qeyd etmək lazımdır ki, yuxarıdakı ayənin zahirinə
nəzər yetirdikdə, burada itaət sözü iki dəfə işlədilmişdir. Alaha
itaət barəsindəki ifadə ayrı qeyd olunmuşdur, Peyğəmbərə(s)
və əmr sahiblərinə itaət ifadəsi isə birgə qeyd olunaraq bizim
diqqətimizi özünə cəlb edir. İlk öncə onu deməliyik ki, ayədə
Peyğəmbərə(s) və əmr sahiblərinə olan itaətin birgə qeyd
olunması bu itaətin eyni səviyyədə olmasına dəlalət edir.
Əllamə Təbatəbainin də bu barədə fikri belədir . Bu isə onu
2
göstərir ki, əmr sahibləri elə şəxslərdir ki, onların səviyyəsi
Peyğəmbər(s) səviyyəsindədir və Peyğəmbərə (s) itaətin
vacibliyi nə qədərdirsə, onlara da itaətin vacibliyi o qədərdir.
Ancaq ümumilikdə Allah – təala öz itaətindən sonra onların
itaətini qeyd etməsi isə, onlara itaətin elə Allaha itaətin
olduğunu və eyni zamanda onların hamısının məsum
3
olmaqlarını göstərir . Çünki ancaq məsum şəxslərdən olan
itaət Allaha itaət ilə eyni səviyyədə ola bilər. Əlbətdə şiə və
sünni təfsir alimləri ümumən bu ayə və əmr sahibləri
barəsində müxtəlif fikirlər söyləmişlər və biz bu barədə
sonrakı araşdırmalarımızda fikir söyləyəcəyik.
Biz əvvəlki “külliyyat ” fəslində təqlid ilə itaəti arşdırarkən,
göstərdik ki, həm təqlid və həm də itaətdə tabeçilik
olduğundan bu iki məfhum demək olar ki, eynidir, ancaq bir
fərqlə ki, hər itaət təqlid olduğu kimi, hər təqlid itaət deyil.
1. Məkarim Şirazi, “Təfsi – Nümunə”, c, 6, 1- ci hissə, səh. 250
2. Əllamə Təbatəbai, “El-Mizan” Fi təfsiril Kuran, c. 4, səh 547
3. Burada, səh . 547.