Page 114 - Islamic Studies 01
P. 114

Qurani-Kərimdə Peyğəmbərə (s)... / (113


               yerdə  isə  belə  buyurulur  :  Allah  və  Onun  mələkləri
               Peyğəmbərə  salavat  göndərirlər  .  Ey  iman  gətirənlər!  Ona
                                                                          1
               salavat  göndərin  və  ona  təslim  olub  salam  edin!”   Yuxarıda
               deyildiyi kimi əgər Peyğəmbər (s) və Əhli – beyt İmamları (ə)
               məsumluq sifətinə malik olmasaydılar, necə ki, əhli sünnənin
               alimləri  belə  hesab  edrirlər,  onda  onlar  bir  çox  səhv  və
               günahlara yol verərdilər ki, nəticədə onları təqlid edən şəxslər
               zəlalətə uğrayar və Allahın itaətindən çıxmış olardılar. Bu isə
               Allahın  öz  peyğəmbərləri(ə)  vasitəsi  ilə  icra  etdiyi  rəsulluq
               missiyasının uğursuzluqla nəticələnməsi və insanların hidayət
               məsələsinin puça çıxmasına səbəb olardı. Biz burada, yeni bir
               termin  kimi  “mütləq  təqlid”  terminini  irəli  sürərək,  ona  belə
               bir tərif verə bilərik.  Mütləq təqlid – həm üsulidin və həmdə
               firüiddin məsələlərində Peyğəmbərə (s) və ondan sonra məsum
               İmamlara                 (ə)             olan               təqliddir”.
               İndi, ayədə təqlidi vacib olan əmr sahiblərinin kimlər olduğu
               və onların məsumiyyəti  barəsində dəlilləri nəzərdən keçirək .

               Əllamə Təbatəbai, “Əl-Mizan” təfsiri kitabında bu barədə belə
               qeyd edir:  “Şübhə edilməməsi lazım olan başqa bir xüsus da
               budur:  “Allaha  itaət  edin  ,  Peyğəmbərə      və  özünüzdən  olan
               əmr  sahiblərinə  itaət  edin”  ayəsində  əmr  edilən  itaət  mütləq
               olub  heç  bir  şərtə  bağlanmamış  və  heç  bir  qeydlə  də
               məhdudlaşdırılmamışdır. Bu da Peyğəmbərimizin (s) gerçəkdə
               Allahın  hökmünün  əksinə  əmr  edib,  yasaqlamayacağına  bir
               dəlildir. Əks halda uca Allahın ona itaət etməyi zəruri etməsi
               ziddiyyətli  olardı.  Peyğəmbərin  hökmü  ilə  Allahın  hökmü
               arasındakı uyğunlaşma isə, ancaq Peyğəmbərin(s) məsumiyyət
               sifəti ilə reallaşa bilər. Bu söz əmr sahibləri haqqında da eyni



               1.  Qurani-Kərim, “Əhzab” surəsi, ayə 56.
   109   110   111   112   113   114   115   116   117   118   119