Page 112 - Islamic Studies 01
P. 112

Qurani-Kərimdə Peyğəmbərə (s)... / (111


               Başqa bir yerdə yenə belə buyurylur: “Allahın və Peyğəmbərin
               itaətində olun ! Bəlkə sizə rəhm edilsin”
                                                            1
               Bu  da  ona  dəlalət  edir  ki  ,  Peyğəmbərə  (s)  və  onun  ardınca
               Əhli  –  beytə  (ə)  olan    təqlid  Quranı  –  Kərimin    və  eyni
               zamanda  islam  dininin  ehtivasın  təşkil  edir.  Ancaq  burada
               Peyğəmbər (s) və Əhli – beytə (ə) olan təqlid ilə fəqihlərə olan
               təqlidin fərqini izah etmək yerinə düşər. Peyğəmbər (s) və Əhli
               – beytə (ə) (məsum İmamlara) olan təqlid ilə ələm mücdəhidə
               olan təqlid arasında müəyyən fərqlər var və bu fərq də  ondan
               ibarətdir  ki,  risalələrdə  qeyd  olunduğu  kimi,  fəqihlərə  təqlid
               firuddində  dinin  zəruri  və  qəti  olmayan  hökmlərindədir,  və
               üsuliddin məslələrində bizim onlara təqlidimiz yoxdur, ancaq
               Peyğəmbər və məsum İmamlara (ə) olan təqlidimiz isə mütləq
               təqliddir. Yəni firuiddinə dair məslələrdən savayı üsuliddinin
               bəzi məsələlərində biz Peyğəmbər(s) Əhli – beytdən (ə) təqlid
               edirik.      Məsələn        Qurani-Kərimdə          Allahı,      onun
               peyğəmbərlərini, məsum imamları düzgün tanımaqda və digər
               məsələlərdə  bizim  təfsirlərə,  müxtəlif  nəqli  dəlillərə
               ehtiyacımız var.  Eyni zamanda, Qurani- Kərimdə Allahın əli,
               üzü, ayağı, ərşi barədə, məad haqqında ayələr mövcuddur ki,
               onların düzgün araşdırılmasına və nəticə çıxarılmasına ehtiyac
               var.  Bütün bunlar barədə məlumatı biz Peyğəmbərdən (s) əxz
               edir  və  ondan  öyrənirik.    Elə  götürək  Allahın  təkliyinə  dair
               tövhid  barədə  ilk  bilgiləri,  özünün  peyğəmbərliyini    bizə
               çatdıran    Peyğəmbərin  (s)  özüdür.  Düzdür  Allaha  və        Onun
               peyğəmbərinə  olan  ilk  iman  gətirməyimizdə  Peyğəmbər  (s)
               ancaq  bir  vasitəçi  rolunda  olsa  da,  üsulidinin  məad,  ədl  və
               imamət  məsələləri  kimi  digər  məslələrində  bilgiləri  biz  artıq



               1. Qurani-Kərim, “Ali-İmran” surəsi, ayə 132
   107   108   109   110   111   112   113   114   115   116   117