Page 132 - Islamic Studies 01
P. 132

Qadınların ictimai mövqeyi quranda / (131


                 10.  Eyni  haqq  və  cəzanın  verilməsi   -  Təqsirli  olan  hər  bir
                                                          1
               şəxsə müdafiə, səmimi peşmançılıq qaydasında təqsirini etiraf
               etmək  hüququ  və  törətdiyi  əmələ  görə  məsuliyyət  prinsipi
               nəzərə alınmaqla cəza tədbirləri tətbiq olunur:
                “Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-
               fəsad  salmağa  çalışanların  cəzası  ancaq  öldürülmək,  çarmıxa
               çəkilmək,  ya  da  əl-ayaqlarının  çarpazvari  (sağ  əllərilə  sol
               ayaqlarını)  kəsilməsi,  yaxud  da  yaşadıqları  yerdən  sürgün
               olunmalıdırlar.  Bu  (cəza)  onlar  üçün  dünyada  bir
               rüsvayçılıqdır.  Axirətdə  isə  onları  böyük  bir  əzab  gözləyir.
               Sizin  əlinizə  keçməmişdən  əvvəl  tövbə  edənlər  müstəsnadır.
                                                                  2
               Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!”  .
               İslam dini baxımından qadının dəyəri
               Vaxtilə  Roma  imperiyasına  hakim  ideologiya  bu  gün  Qərb
               mədəniyyətinin  əsasını  təşkil  edir.  Qadını  hədsiz  dərəcədə
               alçaltdığına  görə  biz  bu  ideologiyanı  ittiham  edirik.  Baxın,
               Qərb  dünyasının  qadına  verdiyi  dəyər,  əslində,  bəşərin  ən
               aşağı təbii istəyi olan cinsi meyillərin təmini istiqamətindədir.
                Bu  gün  dünyada  həllolunmaz  bir  problemə  çevrilən  ailə
               məsələsi qadınların məsuliyyət  və  vəzifələrinin onlara  lazımi
               şəkildə      tanıtdırılmaması,      qadın-kişi      münasibətlərinin
               hüdudlarının  müəyyən  edilməməsi,  eləcə  də  bu  iki  cinsin
               səciyyəvi  xüsusiyyətlərinin  düzgün  şəkildə  tanınmamasından
               irəli  gəlir.  Bu  problemin  həllində  isə  bizə  ən  doğru  yolu
               göstərən  ilahi  vəhy  və  göstərişlərdir.  Quran  öyüd-nəsihətlə
               yanaşı, qadınların mənəvi  yüksəlişini təmin  etmək  məqsədilə
               onlara nümunəvi və ideal qadın simaları da təqdim edir.


               1. Filologiya elmləri doktoru Lalə Mönsümova, “İslamda Qadının Statusu”. 2
               (10) “Dövlət və Din” İctimai fikir toplusu, 110, 115, (2009).
               2. Əl-Maidə surəsi, ayə 33-34.
   127   128   129   130   131   132   133   134   135   136   137