Page 130 - Islamic Studies 01
P. 130
Qadınların ictimai mövqeyi quranda / (129
statusundan və mövqeyindən asılı olmayaraq bütün qadınlara
eyni dərəcədə hüquqların tanınması belə sübut olunmuşdur:
“... Allah yanında ən hörmətli olanınız Allahdan ən çox
qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)...”
1
İslam üçün qadın və yaxud kişi olmaq yox, önəmli olan yaxşı
və təmiz bir insan ola bilməkdir. Əgər ki, İslam hüququ
kişilərin mənafeyinə xitab edən bir sistem olsaydı, Qurani
Kərimdə “Kişilər” adlanan bir surəyə rast gələrdik. Lakin
sonuncu səmavi din kişilərdən çox qadınların qorunmasına,
onların qiymətli tutulmasına önəm göstərdiyi üçün Nisə, yəni
“Qadınlar” adlanan surədə qadınların mövqeyini tənzimləyir.
4. Seçmək və seçilmək hüququ – Quranda belə qeyd olunur:
“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik
qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını
öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla
ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını
onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı
çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri
zaman onların beyətini qəbul et və Allahdan onlar üçün
bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.”
2
Beyət etmək qadınların azad bir şəkildə öz rəhbərlərini
seçməsi anlamına gəlir və bu hüquq İslamın bərqərar olduğu
ilk dövrlərdə meydana gəlmişdir.
Quranda qeyd olunur ki, kişi və qadınlara hər bir işdə
məsuliyyət eyni dərəcədə verilir. Nisa surəsi 58-ci ayədə
göstərilir: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə
qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə
1. Hucurat surəsi, ayə 13
2. Mumtəhənə surəsi, ayə 12