Page 133 - Islamic Studies 01
P. 133
,
132) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Bizim cəmiyyətdə İslami dəyərlər dirçəlməlidir. Məsələn,
qadınların hicabı İslami dəyərlərdən biridir. Bizim hicab
məsələsi üzərində bu qədər ciddi surətdə dayanmamızın səbəbi
odur ki, qadınlar yalnız və yalnız hicablarına riayət etməklə
kamilliyin ən uca mərtəbələrinə yetişə və azğınlıq
təhlükələrindən amanda qala bilərlər.
Qadınlar bilsinlər ki, hicaba riayət etmək yüksək mənəvi və
elmi məqamlara çatmaqda onlara yardım edir. Qadının hicab
məsələsi əsla qərbin mədəni təzyiqlərinə məruz qalmamalı və
müsəlman qadınlar yad mədəniyyətlərin təsiri altına
düşməməlidirlər. Əlbəttə, təkcə çadra hicablı geyim sayılmır.
Lakin çadra bizim üçün ən kamil və milli hicablı geyim
tərzidir. Hicab müsəlman qadınların siyasi, ictimai və mədəni
sahələrdə fəaliyyəti ilə ziddiyyət təşkil etmir.
Qadınlar elmin müxtəlif sahələrində öz istedadlarını
çiçəkləndirməlidirlər. Onlar savadlanmalı və yüksək elmi
dərəcələrə nail olmaq üçün səy göstərməlidirlər. Qadınların
əxlaqsızlığa sürüklənməsi isə onların savadlanmasına əngəl
olan ən başlıca amildir.
Ailə bütöv bir cəmiyyəti təşkil edən kiçik cəmiyyətlərdir.
Qadın bu kiçik cəmiyyətin əsas sütununu təşkil edir və onun
aparıcı qüvvələrindən sayılır. Ailə mühiti istedadların
çiçəklənməsi üçün əlverişli bir mühitdir və belə bir mühitdə
qadın ixtisasından asılı olmayaraq, öz evdarlıq vəzifələrinin
öhdəsindən layiqincə gəlməlidir.
1
1. Ali Rəhbər Ayətullah Xameneyinin “Qadınların ictimai-mədəni birliyi”
təşkilatının üzvləri və “islami hicab” qurultayının iştirakçıları ilə görüşündə
söylədiyi nitqdən bir parça – 4/10/1370 hicri-şəmsi ili.