Page 146 - Islamic Studies 01
P. 146

Ailənin səmərəliliyində əxlaqi fəzilətlərin rolu



                            1
               Fariz Babayev
               Abstrakt
               Əxlaqa  və  əxlaq  qaydalarına  uyğun  hərəkətlərə  riayət  etmək
               şəxsi həyatda xüsusi bir məsələ deyil ki, yalnız axirətə faydalı

               olan müqəddəs, ruhi və mənəvi bir məsələ olsun, əksinə bütün
               əxlaqi  məsələlər  insanın  maddi  və  mənəvi  həyatına  təsir
               göstərir, belə ki, o olmadan insan həyatı öz mənasını itirəcək.
               Hərçənd,  fərdin  həyatında  da  əxlaq  olmadan  incəlik,

               çiçəklənmə və gözəllik olmayacaq, ancaq fərdi həyatdan daha
               vacib  ailə  və  ictimai  həyatdır  ki,  əxlaqi  məsələlərin  onda

               yoxluğu  və  ya  solğunluğu  arzuolunmaz  bir  sonluğa  aparar,
               ailənin  səmərəliliyini  pozar.   Ailədə  mənəvi  dəstək  olmadan
                                                2
               qaydalara və qanunlara uymağa çalışmaq, demək olar ki, heç
               bir  yerdə  səmərəli  deyil.  İnanc  və  əxlaq  qarşısında  ən  yaxşı

               zamin,  ailə  mərkəzində  qayda  və  qaydaların  icrasıdır  və
               səmərəliliyini də təmin edir.


               Açar sözlər: Ailə, sevgi, səmərə, islam, din, faydalı, inkişaf





               1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
               Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.
               2. Məkarim Şirazi, 1998.
   141   142   143   144   145   146   147   148   149   150   151