Page 149 - Islamic Studies 01
P. 149

,
               148) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               ən  yaxşı  qadınlarınız  sevgi  və  məhəbbət  sahibi  olan

                             1
               qadınlardır”.   Kişilərə  gəldikdə  isə  buyurur:  “Kim  bizim
               dostlarımızdan  biridirsə,  həyat  yoldaşını  daha  çox  sevər  və
               eləcə  də  kişinin  imanı  da  nə  qədər  kamil  olarsa,  həyat

                                                  2
               yoldaşını da bir o qədər sevər”.
                Şekspir də deyir: “Qadında qəlbimi əfsunlayan şey gözəlliyi
               deyil, xeyirxahlığıdır. Mən daha mehriban bir qadına üstünlük

                          3
               verirəm”.
                Sevginin olduğu və cütlüklərin rahatlıq, rifah və bir-birlərinə
               maraq  içində  yaşadıqları  ailələrdə  uşaqlarını  daha  çox

               qabiliyyətlə böyüdə bilərlər. Bir uşaq sevgi və şəfqət dolu bir
               ocaqda böyüdüyü zaman ruhu da dincəlir, yaxşı inkişaf edir və
               valideynlərindən  nümunə  götürərək  gələcəkdə  xeyirxah  və

               səmərəli bir həyat yoldaşı olacaq, eyni zamanda səmərəli bir
               ailə quracaq. Bu səmərəlilik nəsildən -nəsilə ötürülür, nəticədə
               canlı və səmərəli bir cəmiyyət formalaşır.

                Ailənin səmərəsizliyinə və emosional boşanmaya səbəb olan
               şey, üzvləri arasında sevginin azlığı və ya olmamasıdır. Sevgi
               olmadıqda  ailə  üzvləri  ocağa  və  bir-birinə  bağlı  olmur,
               psixoloji  olaraq  da  bir-birindən  ayrı  yaşayırlar.  Sevgi  bu

               dünyada  cazibə  qanunu  mislidir.  Atomlardan  qalaktikalara
               qədər kainatın  cazibə  qanunu  ilə idarə olunduğu  kimi, ev və
               ailə də sevgi qanunu ilə idarə olunur.

                 Cazibə  qanunu  dünyadan  bir  anlıq  çıxarılsa,  nizamı
               pozulacaq və ümumiyyətlə təbiət aləmi məhv olacaq. Evdəki



               1. Məclisi, Bihar əl-ənvar, c. 103, səh. 235.
               2. Məclisi, Bihar əl-ənvar, c. 103, səh. 223 və 228.
               3. Əminin nəqlinə əsasən, 2007.
   144   145   146   147   148   149   150   151   152   153   154