Page 142 - Islamic Studies 01
P. 142
Qadınların ictimai mövqeyi quranda / (141
qadınların həyatını dirildir, onlara şadlıq bəxş edir və onların
artmasında əsas rol ifa edir. Sonra isə Peyğəmbər " نوماوق لاجرلا
ءاسنلا یلع" ayəsini zikr edir.
1
İmam Sadiq (ə) bu barədə buyurur: "Kişinin ailədə olan
başçılığı, onun üçün böyük səadətdir." Bu iki rəvayətdən belə
2
nəticə alırıq ki, kişinin ailədə olan rəhbərliyi, onun və ailənin
səadətinə xidmətdən başqa bir şey deyildir.
8) Ailədə rəhbərlik məsələsində kişilər qadınlardan iki nəzərə
görə fərqlənir:
A - Əgər kişini cinsi və fiziki baxımdan təhlil etsək bu məsələ
özü-özlüyündə aydınlaşacaq. Bundan əlavə hər bir icmanın və
ya ailənin gözəl və səadət içində yaşaması üçün ümdə lazım
olan budur ki, hər kəs öz qabiliyyətinin əhatəsində hərəkət
etsin. Yəni ailədə hər kəs öz atifi və fiziki gücünə uyğun özünə
vəzifə seçsin və onu səmimi yerinə yetirsin. Belə olan halda
ailənin rəhbərliyi yenə də kişinin öhdəsinə düşəcəkdir .
3
Allah-Taala bütün insanları müxtəlif qüdrətə və istedada malik
olaraq yaratmışdır. Əgər bütün insanlar eyni gücə və istedada
malik olsa idilər , bütün yaradılış sistemi aradan gedərdi.
Bundan əlavə dünyada olan bütün işlər bir- birindən fərqli
olaraq özünü büruzə verir. Bu səbəbdən də, fərqli işlər üçün
fərqli istedada malik olan insanlar lazımdır. Nəticə budur ki,
dünyada hər bir şeyin seçilməsi və fərqli olması istedadların
inkişafına xidmət edir.
Kişi və qadın arasında olan fərq də bu qanun əsasındadır.
Bunu da qeyd edək ki, bu fərqlilik, bunların heç biri üçün
fəzilət və üstünlük deyil, çünki kişi və qadın iki müxtəlif sinif
1. Şeyx Hürr Amili, “Vəsailuş-Şiə”, c. 15, səh. 251
2. Nasir Məkarim Şirazi, “Nümunə təfsiri”, c. 3, səh. 370- 371
3. Cavadi Amuli, “Zən dər ayineye cəlal və camal”, səh. 364- 369