Page 147 - Islamic Studies 01
P. 147
,
146) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Müqəddimə
Ailə uşağın tərbiyəsi üçün ilkin mühitdir. Əxlaqi fəzilətlər bu
mühitdə boy atır və insan əxlaqının təməl daşı ailədə qoyulur.
Uşaq bir çox əxlaqi xüsusiyyət və davranışları atasından,
anasından, bacısından, qardaşından və ailədə birlikdə
yaşadıqlarından öyrənir. Dürüstlük, etibarlılıq, qarşılıqlı
hörmət, minnətdarlıq, xeyirxahlıq, mehribanlıq, səxavət,
cəsarət, iffət və bu kimi bir çox davranışlar ailə üzvləri
tərəfindən bir-birinə ötürülür. Fəzilətin ilk dərslərini uşaqlarına
öyrədən ailədir, böyüklər də uzun və davamlı yoldaşlıqları
sayəsində bir-birlərinin əxlaqi keyfiyyətlərinin formalaşmasına
təsir göstərir. Beləliklə, öz səmərəliliyini sübut etmək,
üzvlərinin təkamülü və inkişafına zəmin yaratmaq üçün ilk
növbədə ailə mühiti əxlaqi fəzilətlərlə bəzədilməlidir.
1. Ailədə sevgi
İslama görə, ideal insan cəmiyyətinin təşkilində ən böyük rol
eşqdir. Məsum imamlardan (ə) sevgiyə dair nəql olunan
hədislər, ideal İslam cəmiyyətinin insanların bir-birinə olan
sevgisi əsasında qurulmuş bir cəmiyyət olduğunu açıq şəkildə
sübut edir. Sevgi, layiqli insan yetişdirməyin ən təsirli faktoru
olmaqla yanaşı fərdi, sosial, maddi və mənəvi hədəflərə
çatmaq üçün ən təsirli vasitədir. Sevgi o qədər şirin və xoşdur
ki, onun köməyi ilə həyatın bütün acılarını və bir çox
zəifliklərini, nizamsızlıqlarını, kiçikdən böyüyə fərdi və sosial