Page 144 - Islamic Studies 01
P. 144
Qadınların ictimai mövqeyi quranda / (143
Nəticə
Mətndə danışılan "qəvvamiyyət" sözündən belə nəticə alırıq
ki, deməli, kişinin ailədə olan bu məsuliyyəti heç də, onun
(şəxsiyyət baxımından) qadından üstün olması demək deyil.
Əksinə kişinin ailədə olan bu vəzifəsi onun ruhi və fiziki
baxımdan daha da layiq olduğu üzündəndir. Həmçinin kişinin
ailə üzərində olan məsuliyyəti ona ailə qanunları çərçivəsi
xaricində hər hansı bir işi görməyə imkan vermir, çünki o
ailənin zalım padşahı deyil. Sadəcə ailənin gündəlik tələbatları
və qadın-kişi münasibətlərinə düzgün riayət etmək onun
öhdəsindədir, beləliklə, kişiyə bu vəzifənin tapşırılması o
demək deyil ki, kişilər qadınlardan “üstündür” və ya “axirətdə
üstün olacaqlar”. Buna əsas səbəbdə budur ki, islam dini
qanunları insanın təkamülə çatması üçün kişi və qadının
arasında heç bir fərq qoymamışdır. Başqa sözlə desək
təkamülə çatmaqda heç bir cinsiyyətin rolu yoxdur. İnsanlar
yalnız əməli saleh olmaqla, Allaha yaxınlaşmaqla, təqvalı olub
pis işlərdən çəkinməklə və aqil olaraq iman gətirməklə əldə
edə bilərlər. Allah-Taala yanında heç bir cinsiyyətin üstünlüyü
yoxdur, tənha üstün bəndələr təqva sahibləridir.