Page 150 - Islamic Studies 01
P. 150
Ailənin səmərəliliyində... / (149
sevgidə belədir, orada olmasa o ev məhvə məhkumdur. Ailədə
sevgi yoxdursa və üzvlərinin sevgiyə olan ehtiyacı ödənmirsə,
heç bir üzv istənilən öhdəliklərini yerinə yetirə bilməz və
nəticədə ailənin funksionallığı, səmərəliliyi səmərəsizliyə
çevriləcək. Bir binanın tərkib hissələri palçıq olmadan bir-
birinə yapışmadığı və bina ayaqda durmadığı kimi, palçığı
sevgi və mərhəmət olan ailə sistemi və təməli də onsuz bərpa
1
ola bilməz. Sevgi yoxsulluğu çəkən kişi və ya qadın ailənin
xoşbəxtliyini, rifahını təmin etmək üçün səy göstərməz,
fədakarlıq etməz, əksinə enerjisini ailədə və cəmiyyətdə
nizamsızlığa və xaosa səbəb ola biləcək şeylərə sərf edər.
Məhsuldarlığa səbəb olan şeylərdən biri də cütlüklər arasında
qarşılıqlı güvən və bir-birinə sədaqətdir, sevgi olmadıqda
sədaqət və güvən hissi də reallaşmır.
Onu da qeyd etmək lazımdır ki, səmimi sevgi və dostluq
yetərli deyil; “həyat yoldaşımı ürəkdən sevirəm” deyib, amma
əməl və davranışda bunu göstərməmək səmərəliliyə zəmanət
vermir. Daha doğrusu, həm bu sevgi davranışlarda müşahidə
olunmalı və təsirləri görülməli, həm də dini təlimlərə əsasən
dilə gətirilməli və həyat yoldaşına onu sevdiyini bildirməlidir.
Sevgini ifadə onun daha güclü olmasına və çoxalmasına səbəb
olur. İmam Sadiq (ə) buyurur: “Birini sevdiyin zaman ona
2
sevdiyini bildir”. İslam Peyğəmbəri (s) də buyurur: “Kişi
1. Məzahiri, 2004.
2. Məclisi, Bihar əl-ənvar, c. 103, c. 47, səh. 181