Page 141 - Islamic Studies 01
P. 141
,
140) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
işində ciddiyyətli olan şəxsə deyərlər, belə ki, kimsə desə ki,
bu kişi o qadının "qəyyumudur" , yəni onun gündəlik tələbatını
ödəyən və mühafizəkarıdır.
1
7) "Qivam" sözünün bu : «ءاسنلا یلع ن م و اوق لاجرلا» və digər
ayələrdə olan mənalarına diqqət yetirsək, belə nəticə ala bilərik
ki, ayənin əsas hədəfi kişinin ailəyə başçılıq etməsi və ailədə
olan nizam- intizamın ciddiyyətini qorumalı olmasını
çatdırmaqdır, nəinki, kişinin ailəyə zülm etməsini və ya
padşahlıq etməsini dəstəkləmək. Əksinə kişiyə ailəyə rəhbərlik
etmək və vahid tərbiyəli nizamı yaratmaq vəzifəsini verməklə
onun məsuliyyətini artırır. Çünki hər bir ailəni kiçik bir
2
cəmiyyət və icma şəklində qəbul etsək, təbiidir ki, böyük
cəmiyyətlər kimi burada da rəhbərin və ya təşkilatçının olması
vacibdir. Bundan əlavə kişinin cismi və ruhi qabiliyyəti nəzərə
alınaraq ailənin gündəlik tələbatı İslam qanunlarına əsasən
onun üzərinə qoyulub. Kişinin fiziki gücü və iradəsi, ona pul
qazanmaq və ailənin tələbatını ödəmək kimi məsuliyyətli işlərə
kömək etmək üçün ailənin başçılığı və məsuliyyəti də onun
üzərinə qoyulmuşdur.
Əlbəttə bunu da qeyd edək ki, mümkündür qeyd etdiyimiz
qüdrət və qabiliyyət hər hansı bir qadında da olsun. Lakin
nəzərə almaq lazımdır ki, hər hansı bir qanun yazıldıqda orada
azlıqlar deyil, ümumi toplum nəzərdə tutulur. Bu səbəbdən də
kişilər bu məsələlərdə qadınlardan daha üstün olduqları üçün
bu vəzifələr kişinin öhdəsinə qoyulmuşdur.
Əziz Peyğəmbərimizdən (s. ə. s) kişinin qadından üstün
olmasının səbəbini soruşduqda, o Həzrət (s. ə. s) belə cavab
verdi: "Kişinin qadından üstün olan fəziləti, suyun yerdən
üstün olan fəziləti kimidir. Çünki suyun vasitəsi ilə torpaq
dirilir ( beləliklə, torpağın üzərindəkilər də dirilir). Kişilər
1. “Nümunə təfsiri”, c. 3, səh. 411- 116
2. Feyz Kaşani, “Safi təfsiri”, c. 1, səh. 448