Page 152 - Islamic Studies 01
P. 152

Ailənin səmərəliliyində... / (151


               kimsə onun şəxsiyyətinə hörmət etmirsə, ona sevgisi azalır və
               aralarında fasilə yaranır. Əslində ailə üzvlərinin ləyaqətini və
               şəxsiyyətini  qorumaq,  qarşılaşmalarda  göstərilən  hörmətdən

               asılıdır.
                Qarşılıqlı  hörmət  insanların  münasibətlərini  və  yaxınlığını
               gücləndirir. Bir kişi ilə bir qadın arasında heç bir fərq yoxdur

               və hər ikisinin də qarşılıqlı hörmətə ehtiyacı var. Cütlüklərin
               bir-biri  ilə  olan  dostluq,  yaxınlıq  və  çox  özəl  münasibətləri
               səbəbindən       heç    vaxt     bir-birlərinə    hörməti      gözardı
               etməməlidirlər. Bundan fərqli olaraq həyat yoldaşı və uşaqlar,

               bu səbəbdən, habelə münasibətlərinin adi və soyuq bir əlaqəyə
               çevrilməməsi  üçün  bir-birlərinə  hörmət  etmək,  şəxsiyyətini
               qorumaq  məcburiyyətindədirlər.  Dini  mənbələrdə  kişilərin

                                                                                     1
               qadınlara hörmət qoyması onların hüquqlarından biri sayılır,
                                                                              2
               həmçinin ərinə hörmət etməyən qadınlar lənətlənmişdir.

                Ailə üzvlərinin davranışlarının möhtərəm və nəzakətli olduğu
               bir  ailədə  münasibətlər  səmimi  və  yaxın  olacaq.  Səmimi
               münasibətlər  bir  çox  anomaliya  və  nizamsızlıqların  qarşısını

               alır. Belə bir ailə həyatı coşğu və maraqla idarə edir, bununla
               da  istedadların  çiçəklənməsi,  üzvlərinin  təkamülü  və
               səmərəliliyi üçün zəmin yaradır.


                Digər  tərəfdən  insanlara  qarşı  hörmətsizlik  onlarda  həqarət
               hissi  yaradır.  Ailə  üzvlərində  həqarət  hissi,  səmərəsizliyə




               1. Məclisi, Bihar əl-ənvar, c. 71, səh. 4
               2. Məclisi, Bihar əl-ənvar, c. 103, c. 100, səh. 253
   147   148   149   150   151   152   153   154   155   156   157