Page 156 - Islamic Studies 01
P. 156

Ailənin səmərəliliyində... / (155


               hörmətə  əsaslanır.  Uşaq  ləyaqət  gördüsə  və  əsl  şəxsiyyətinə
               hörmət  edildisə,  o,  şəxsiyyətli  və  fəzilətli  olar,  bunun  əksi
               olaraq  alçaldılıb  təhqir  olunarsa,  daxilindəki  potensial

               fəzilətlərin inkişafı dayanar, təhrifə səbəb olar, habelə ailənin
               və ailə üzvlərinin səmərəliliyinin artmasına mane olar. Bəzən
               də  ailənin bir üzvünün  başqalarına  mənfi  təsiri bütün  ailənin

               böhran keçirməsinə və düz yoldan sapmasına səbəb olur.
                Peyğəmbər  (s)  buyurur:  Uşağınızın  adını  çəkdiyiniz  zaman
               onu  əzizləyin,  oturacağı  yeri  genişləndirin  (hörmət  edin)  və
                                             1
               ona qarşı acı davranmayın.
                O həzrət, bütün uşaqları əzizləyirdi, azyaşlı bir uşağı duadan
               və ya adlandırmaqdan ötrü gətirdikdə, Peyğəmbər (s) ehtiram
               olaraq  onu  qucağına  alırdı.  Bəzən  elə  olurdu  ki,  uşaq

               Peyğəmbərin  qucağında  idrar  edirdi;  uşağın  davranışını
               müşahidə  edənlər  ona  çığırır  (və  idrarını  dayandırmağa
               tələsdilər),  amma  Peyğəmbər  (s)  onları  çəkindirər  və

               buyurardı: Uşağın idrar etməsinə şiddətlə mane olmayın. Dua
               və  ya  ad  qoyma  bitdikdə  uşağın  valideynləri  sevinclə  uşağı
               götürdülər  və  uşağın  sidiyindən  dolayı  Peyğəmbərdə  (s)  ən

               kiçik  bir  inciklik  hiss  etmirdilər.  Peyğəmbər  (s)  ətrafdakılar
                                                   2
               çıxanda  paltarını  təmizləyərdi.   Bu  davranışı  ilə  başqalarına
               Allah Rəsulunun (s) ətəyindən nəcasət təmizlənəcəyini, ancaq

               uşağın  təbii  hərəkətinə  qarşı  sərt  bir  reaksiyanın  onun
               qəlbindən  çıxmayacağını  və  ruhi  sağlamlığını  təhlükəyə
               atacağını öyrətdi. Peyğəmbər (s) bu yolla uşaqlara hörmət edir


               1. Səbzəvari, Cami əl-əxbar, səh. 124
               2. Təbərsi, Məkarim əl-əxlaq, səh. 25
   151   152   153   154   155   156   157   158   159   160   161