Page 33 - Islamic Studies 01
P. 33

,
               32) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                   7.  6-cı  əsrin  (h.q.)    məşhur  alim,  mühəddis,  xətib  və
                      şairlərindən olan Xarəzmi də onu “Mənaqib” kitabında
                                      1
                      qeyd etmişdir.
                   8.  7-8-ci əsrin alimlərindən və məzhəbcə təəssübkeşliyi ilə
                      məşhur olan Zəhəbi (Məhəmməd ibn Əhməd ibn Osman
                      Dəməşqi  Şafei)  də  bu  hədisi  “Təlxisul-müstədrək”
                      kitabında qeyd etmişdir.
                                                  2
               Tacəddin Səbki “Təbəqatuş-şafei” kitabında Zəhəbi barəsində
               belə  yazır:  “O,  öz  zamanının  dahi  və  görkəmli  mühəddisi,
               böyük  hafiz  (hədis  əzbərçisi),  əhli-sünnə  məzhəbinin
               bayraqdarı, əsrinin rəhbər və qabaqcılı idi.”
               11-ci  əsrin  alimi  və  məşhur  tarixçisi  Əli  ibn  Burhan  Hələbi
               Şafei  özünün  “Sireyi-Hələbi”  adı  ilə  tanınan  “İnsanul-üyun”
               kitabında “səqəleyn” hədisi və “Qədir-
               Xum”  hadisəsini  açıq-aşkar  nəql  etdikdən  sonra  belə  yazır:
               “Bu hədis səhih və düzgündür, səhih  və  “həsən”  sənədlərilə
                                                         8
                                                                        9
                                  3
               nəql edilmişdir.”
               Qeyd etdiyimiz şəxslər “səqəleyn” hədisini öz əsərlərində nəql
               edən  əhli-sünnənin  məşhur  və  tanınmış  alimləridir.  Əlbəttə,
               bunu da unutmaq olmaz ki, burada adı çəkilənlər alimlərin az
               bir  qismini  təşkil  edir.  Mərhum  Mirhamid  Hüseyn  Hindi
               “Əbəqatul-ənvar”  kitabının  xülasəsində  “səqəleyn”  hədisini
               yüz  iyirmi  altı  mənbədən  ibarət  məşhur  kitablarda  nəql
               olunduğunu  yazmış, habelə  ibarələrilə  yanaşı, hər bir kitabın
               cildi və səhifəsini də göstərmişdir.
               Qeyd etmək lazımdır ki, bu hədis yalnız Cabir ibn Abdullah
               Ənsari, Əbu Səid Xudri və Zeyd ibn Ərqəmdən deyil, demək
               olar ki, Peyğəmbər (s)-in iyirmi üç səhabəsindən vasitəsiz nəql
               olunmuşdur ki, onların adları aşağıdakılardan ibarətdir:


               1. Raviləri şiə olmasa da belə, ədalətli olan hədisə “həsən hədis” deyilir.
               2. “Sireyi-Hələbi”, c. 3, səh. 274, Qahirə çapı
               3. “Əbəqatul-ənvar”ın xülasəsi, c. 2, səh. 105-242, “Müəssəsətul-bəsə” çapı
   28   29   30   31   32   33   34   35   36   37   38