Page 30 - Islamic Studies 01
P. 30

Səqəleyn hədisinin şiə və... / (29


               olan  Allahın  kitabıdır,  ondan  bərk  yapışın.“  Peyğəmbər  (s)
               Quranla  bağlı  çoxlu  tapşırıq  verəndən  sonra  buyurdu:
               “(İkincisi) Əhli Beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir
               Əhli-Beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Allaha xatir
               Əhli-Beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Allaha xatir
               Əhli-Beytimi unutmayın!”
               Peyğəmbəri  Əkrəm  (s)-in  Əhli-Beyti  (ə)  iki  ağır  və  qiymətli
               əmanətdən  biri  kimi  Qurani-Kərimlə  yanaşı  bəyan  etməsi  və
               onlara  qarşı  ilahi  məsuliyyətin  unudulmaması  ilə  əlaqədar
               bunu  üç  dəfə  təkrarlaması  göstərir  ki,  bu  iş  müsəlmanların
               müqəddəratı, hidayəti  və  İslamın  əsasları  ilə  sıx bağlıdır. Bu
               isə  onların  Qurani-Kərimlə  yanaşı  qeyd  edilməsindən  başa
               düşülür.
                   2.  Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə
               başqa bir rəvayət də nəql olunmuşdur.
               Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd
               ibn  Ərqəmdən  “Peyğəmbər  (s)-in  Əhli-Beytindən  məqsəd
               onun  zövcələdirmi?”  –  deyə  soruşulduqda,  o  “Xeyr,məqsəd,
               onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır!” – deyə
               cavab vermişdir.
                   3.  Məşhur  “Sünəni-Termizi”  (“Səhihi-Termizi”  adı  ilə  də
               məşhurdur)  kitabının  “Əhli-Beytin  fəzilətləri”  bölümündə
               Cabir  ibn  Abdullahdan  belə  nəql  olunur:  “Həcc  zamanı  –
               “Ərəfə”  günü  Allahın  Rəsulunu  (s)  gördüm  ki,  öz  dəvəsinə
               minib  xütbə  deyirdi.  Bu  zaman  onun  belə  buyurduğunu
               eşitdim:
               “Ey camaat! Mən sizin aranızda iki şeyi əmanət qoyuram, əgər
               onlardan  yapışsanız  (onlara  sarılsanız),  heç  vaxt  zəlalətə
   25   26   27   28   29   30   31   32   33   34   35