Page 32 - Islamic Studies 01
P. 32

Səqəleyn hədisinin şiə və... / (31


               Beytimdir.  Belə  isə  baxın  görün,  məndən  sonra  onlarla  necə
               rəftar edəcəksiniz. Onlar (Kövsər) hovuzunda mənə qovuşana
               qədər,  heç  vaxt  bir-birindən  ayrılmazlar.”  Sonra  buyurdu:
               “Allah  mənim  mövlamdır,  mən  isə  hər  bir  möminin
               mövlasıyam!” Sonra Əlinin əlindən tutub buyurdu: “Mən hər
               kəsin  mövlası  və  rəhbəriyəmsə,  bu  da  onun  mövlası  və
               rəhbəridir. İlahi! Hər kəs onu sevirse, Sən də onu sev; hər kəs
               ona düşməndirsə, Sən də onunla düşmən ol!”  Hədisin sonunda
               qeyd olunduğu kimi, ikinci ravi Əbu Tufeyl deyir: Mən, Zeyd
               ibn Ərqəmdən “Sən özün bu hədisi Allahın Rəsulundanmı (s)
               eşitmisən?”  –  deyə  soruşduqda,  o  dedi:  “Kölgəliyin  altında
               olan  hər  bir  kəs  bu  səhnəni  gözlərilə  görüb,  qulaqları  ilə
                                            1
               Həzrətin sözlərini eşitdi!”
               Bu  hədis  açıq-aşkar  göstərir  ki,  Peyğəmbəri-Əkrəm  (s)  onu
               “Qədir-Xum”da  müsəlmanların  qarşısında  söyləmiş  və  hami
               da bunu qulaqları ilə eşitmişdir.
                   5.  Hazırda  vəhhabiliyin  banisi  kimi  tanıtdırılan  İbn
                      Teymiyyə (Əhməd ibn Əbdülhəlim Hənbəli, ölümü: 727
                      h.q.)  “Minhacus-sünnə”  kitabında  bu  hədisi  “Səhihi-
                      Müslüm”də qeyd edildiyi kimi nəql etmişdir.
                                                                         2
                      Sünnülərin  digər  məşhur  və  tanınmış  alimləri  də
                      “səqəleyn”  hədisini  öz  əsərlərində  gətirmişlər.  O
                      cümlədən:
                   6.  Hicri- qəməri tarixi ilə 5-ci əsrin alimlərindən olan ibn
                      Məğazili  (Əli  ibn  Məhəmməd  Fəqih  Şafei)  bu  hədisi
                                                                            3
                      geniş şəkildə Zeyd ibn Ərqəmdən nəql etmişdir.


               1. “Xəsaisi-Nisai”, səh. 20, Misirin “Təqəddüm” çapı
               2. “Minhacus-sünnə”, c. 4, səh. 104, Qahirə çapı
               3. Sənədi məsumlara çatan, raviləri ədalətli və on iki imamçı olan hədisə “səhih
               hədis” deyilir.
   27   28   29   30   31   32   33   34   35   36   37