Page 31 - Islamic Studies 01
P. 31
,
30) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-
Beytimdir!” 1
Termizi əlavə edərək yazır: “Bunu Əbuzər, Əbu Səid Xudri,
Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişlər.”
Yenə həmin kitabda Əbu Səid və Zeyd ibn Ərqəmdən belə
nəql olunur: “Allahın Rəsulu (s) Belə buyurmuşdur:
“Mən sizin aranızda iki şeyi əmanət qoyuram ki, əgər onlardan
yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer
üzünə uzanmış ip olan Allahın kitabı, digəri isə itrətim olan
Əhli-Beytimdir! Onlar “Kövsər” hovuzunda mənə qovuşana
qədər, heç vaxt bir-birindən ayrılmazlar. Belə isə baxın görün,
məndən sonra onlarla necə rəftar edəcəksiniz!” 2
İnsanın “itrəti” dedikdə, onun övladı, nəvə-nəticəsi və
nəslindən olan ən yaxın ailə üzvləri nəzərdə tutulur.
Kövsər – Behiştdə bulaq adıdır, lüğətdə firavan, bol, böyük
nemət və xeyir-bərəkət mənalarını daşıyır. Quran surələrindən
birinin adı “Kövsər”dir. Təfsirçilər bu surənin Peyğəmbəri
Əkrəm (s)-in pak övladları – Həzrət Fatimeyi-Zəhra (ə.s) və
məsum imamlar barəsində nazil olduğunu qeyd etmişdir.
4. (Əhli-sünnənin böyük alimlərindən, sünnülərin altı səhih
və mötəbər kitablarından sayılan “Sünən” adlı kitabın müəllifi)
Əhməd ibn Şüeyb Nisai “Xəsais” kitabında Zeyd ibn
Ərqəmdən belə nəql edir: “Peyğəmbər (s) “Həccətül-vida”dan
(vida həccindən) qayıdarkən, “Qədir-Xum” adlı məntəqəyə
daxil olduqda, kölgəlik üçün bir yer hazırlanmasını göstəriş
verdi. Bundan sonra buyurdu: “Mən (Allah tərəfindən) dəvət
olunmuş və bu dəvəti qəbul etmişəm (tezliklə sizin aranızdan
gedəcək və dünyamı dəyişəcəyəm). (Buna görə də) sizin
aranızda iki qiymətli şeyi əmanət qoyuram. Biri digərindən
daha böyük olan Allahın kitabı, o biri isə itrətim olan Əhli-
1. “Səhihi-Termizi”, c 5, səh. 662, “Əhli-beytin fəzilətləri” bölümü, hədis: 3786
2. Yenə orada, səh. 663, hədis: 3788