Page 34 - Islamic Studies 01
P. 34

Səqəleyn hədisinin şiə və... / (33


               1  –  Zeyd  ibn  Ərqəm,  2  –  Əbu  Səid  Xudri,  3  –  Cabir  ibn
               Adbullah  Ənsari, 4  –  Hüzeyfə  ibn  Üseyd,  5  –  Xüzeymə  ibn
               Sabit, 6 – Zeyd ibn Sabit, 7 – Səhl ibn Səd, 8 – Zəmurətul-
               Əsləmi, 9 – Amir ibn Leylli, 10 – Əbdür-Rəhman ibn Ovf, 11
               – Abdullah ibn Abbas, 12 – Abdullah ibn Ömər, 13 – Ədiyy
               ibn Hatəm, 14 – Əqəbə ibn Əmir, 15 – Əli ibn Əbi Talib (ə),
               16 – Əbuzər Qifari, 17 – Əbu Rafe, 18 – Əbu Şureyh Qazi, 19
               – Əbu Qüdamə Ənsari, 20 – Əbu Hüreyrə, 21 – Əbu Heysəm
               ibn Teyham, 22 – Ümmü Sələmə, 23 – Ümmü Hani.
               İslam  Peyğəmbərini  (s)  Allahın  Rəsulu,  peyğəmbərlərin
               sonuncusu,  ilahi  vəhyin  əmanətdarı  kimi  tanıyan  şəxs
               bilməidir ki, o həzrətin Quran və Əhli-Beyt (ə) adlı iki böyük
               və  ağır  əmanətə  sarılmağın  vacibliyi,  eləcə  də  onlardan
               uzaqlaşanların  azğınlığa  düşdüklərini  təkidlə  vurğulamasında
               mühüm  bir  sirr,  İslamın  əsası  ilə  bağlı  danılmaz  bir  həqiqət
               vardır.
               Bu  hədis  müsəlmanların  qarşısına  neçə  mühüm  üfüq  açır  ki,
               burada onların bir neçəsinə qısa şəkildə toxunacağıq:

                      1.  Quran və Əhli-Beyt (ə) həmişə birgədir və heç vaxt
                          bir-birindən  ayrılmayacaqlar.  Quranın  həqiqətlərilə
                          tanış     olmaq       istəyənlər     Əhli-Beytdən        (ə)
                          yapışmalıdırlar.
                      2.  Qurani-Kərimin          hökmlərinə         itaət     etmək
                          müsəlmanlara  qeydsiz-şərtsiz  vacib  olduğu  kimi,
                          Əhli-Beytə (ə) itaət də qeydsiz-şərtsiz vacibdir.
                      3.  Əhli-Beyt  (ə)  məsum  və  günahsızdırlar;  çünki
                          onların  Qurandan  ayrılmaması,  həm  də  onlara
                          qeydsiz-şərtsiz  itaətin  vacibliyi  onların  məsum
                          olduğunu,  günah,  xəta  və  səhvə  yol  vermədiyini
                          göstərir.  Əgər  onların  bir  günah, yaxud  xətası  olsa,
   29   30   31   32   33   34   35   36   37   38   39