Page 53 - Islamic Studies 01
P. 53

,
               52) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)

                        •  Onlar  başqa  şəxslərdən  yalançı  sevgi  gördükdə
               onlara tərəf yönələ, hətta bəzən onların bir təbəssümü ilə belə
               səhv yola düşə bilərlər.
                        •  Valideynin  daha  çox  sevgi  göstərdiyi  övlada  qarşı
               onlarda həsəd yarana bilər, hətta ondan intiqam almaq fikrinə
               düşə bilərlər. Qurani Kərim Yusif peyğəmbərə (ə) qarşı məkrli
               plandan  söz  açaraq    buyurur:  “O  zaman  (onlar  bir  birinə)
               dedilər:  “Yusif  və  onun  qardaşı  (Binyamin)  atamız  üçün
               bizdən  daha  sevimlidir,  halbuki,  biz  güclü  dəstəyik  və
               (atamızın  işlərini  biz  görürük).  Dogrudan  da,  bizim  atamız
               aydın bir azğınlıq içindədir. Yusifi öldürün, ya onu (uzaq və
               naməlum)  bir  yerə  atın  ki,  atanızın  diqqəti  və  sevgisi  yalnız
               sizə yönəlsin...”
                                 1
               Baxmayaraq  ki,  Yaqub  peyğəmbərin  (ə)  Yusifə  (ə)  və  onun
               qardaşı Binyaminə olan sevgisi ayriseçkilik deyildi və məntiqi
               səbəblər var idi, çünki, birincisi, onlar  Yaqubun  (ə)  ən  kiçik
               övladları  idi  və  təbii  ki,  daha  çox  himayə  və  qayğıya
               ehtiyacları var idi; ikincisi, bəzi rəvayətlərə görə, onların anası
               Rahilə onlar uşaq ikən vəfat etmişdi və buna görə də onların
               daha  çox  nəvazişə  ehtiyacları  var  idi;  üçüncüsü,  Yəqub
               peyğəmbər  (ə)  bu  iki  övladında,  xüsusilə  də  Yusifdə  böyük
               şəxsiyyət görürdü.
               Valideynlər,  həmçinin  oğlan  və  qız  övladı  arasında  da  fərq
               qoymamalıdırlar.  Amma  təəssüflər  olsun  ki,  bəzi  ailələrin
               oğlanı qızdan və ya qızı oğlandan üstün tutduqlarını müşahidə
               edirik.
               İmam Sadiq (ə) buyurub:  “Qız” həsənə və “oğlan” nemətdir
               ki,  Allah  onu  bəxş  etmişdir.  Qiyamətdə  “həsənə”yə  görə







               1. Yusif surəsi, ayə 8-9
   48   49   50   51   52   53   54   55   56   57   58