Page 57 - Islamic Studies 01
P. 57
,
56) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Yəni tərəflər müştərək ailə həyatını idarə etmək səlahiyyətinə
malik olmalıdırlar.
Ailə qurmaq istiqamətində verilən tərbiyə cinslərə mütənasib
olmalıdır. İnsanın digər tələbatları kimi cinsi tələbi də
tərbiyəyə ehtiyac duyur və hər mədəni rəftar və ideya xüsusi
tərbiyəyə söykənir. İslam nöqteyi-nəzərindən cinsi tərbiyə,
yəni cinsi istək və instinktin təmini həm cinsi iffət, həm də
cinsi sağlamlıqla yanaşı olmalıdır. Bu isə dini
dünyagörüşündə xüsusi əhəmiyyət kəsb edir və onda cinsi
sağlamlıqla yanaşı cinsi iffət nəzərə alınır.
Dini baxımdan bu tələbin tərbiyəsi hökmən yetkinlik
dövründən başlayır. İslamda cinsi tərbiyə, ondan əvvəl,
təqribən, təvəllüdlə başlanır və bu da islam dininə xas
keyfiyyətdir. Buna əsasən, bütün yaş dövrlərində bu hədəf və
amalın təlimi üçün dini mətn və qaynaqlarda göstərilən xüsusi
tədbirlərə ehtiyac vardır. Uşaqlıq dövrü isə yaş dövrlərinin ən
mühüm çağını təşkil edir.
Əgər insan cinsi təmayüldən düzgün şəkildə və uyğun həddə
istifadə edərsə, kamillik yolunda hərəkət edər, onun faydalı
nəticələrinə nail olar. Ailə qurmağın bir sıra səmərələri və
faydaları vardır. Bu faydalardan bəziləri kişi və qadının özünə,
bəziləri isə cəmiyyətə aiddir. İzdivac nəticəsində cinsi təmayül
təmin olunmaqla yanaşı ər və arvad arasında getdikcə ruhən
bağlılıq və sevgi yaranır, bu da onları bir-birinin xoşbəxtliyini
təmin etməyə sövq edir. Kişi və qadın insanın eyiblərini örtən,
onu isti-soyuqdan və başqa təhlükələrdən qoruyan, onu
gözəlləşdirən bir paltar kimi bir-birinin örtüyü olub, iffət
yolunu qət etməkdə bir-birinə yardımçı və zinət hesab
olunurlar.
İzdivaca aid mühüm məsələlərdən biri də həyat yoldaşı
seçmək və bu seçimdə hansı meyarların əsas götürülməsi
məsələsidir. İzdivac etmək fikrində olan oğlanla qız bir-birini