Page 75 - Islamic Studies 01
P. 75
,
74) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi)
Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə
qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə
gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin
etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi
şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin
imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz
tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir.
Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və
1
mehribandır.”
İslam ümmətinin əsas xüsusiyyəti də budur. Hətta Allah-
Taala hər şeydə, hətta yemək-içməkdə belə həddini aşmağı
qadağan etmişdir.
Allah-Taala buyurur: “Ey Adəm övladları, hər namaz vaxtı
və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək
və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal
buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf
2
etməyin ki, O, israf edənləri sevmir.”
Başqa bir ayədə Allah-Taala buyurur:“Və əlini bağlayıb
boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu
tamamilə də açma (özün möhtac olacağın həddə qədər
vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.”
3
Çox təəssüf ki, bugünkü dövrümüzdə radikal qruplaşmalar
dini məsələlərdə hədlərini aşaraq batilcəsinə, səfirlikləri,
ticarət mərkəzlərini, məscidləri avtobusları və sairə yerləri
partladaraq günahsız insanların qanlarını axıdırlar. Neçə-
neçə körpənin həyatına son qoyurlar, nə qədər anaları gözü
yaşlı qoyurlar. Bunu edən nadanlar bu çirkin əməllərinə görə
axirətdə Allah-Taala qarşısında özlərinə necə bəraət
1.Əl-Bəqərə surəsi, ayə 143
2.Əl-Əraf surəsi, ayə 31
3.Əl-İsra surəsi, ayə 29