Page 92 - Islamic Studies 01
P. 92
Fitrətin insanın fərdi... / (91
İnsanda fitri meyl
Allah-taala buyurur: “Haqqa tapınaraq üzünü bu dinə sarı
döndər. Allah həmin fitri din əsasında insanları
1
yaratmışdır”.
Yaradan, yaradılan və ikisini bir-birinə bağlayan fitrət (Allah-
fitrət-insan). Bəli, fitrət ən ali varlıq olan Allahla insanı
bağlayır. Çünki ruhu Ondan, sevgisi Ondandır. Bu bağlılıqla
da insanın da sevgisi Ona qayıdır. Əməli bağlılıqla Onu hüzuri
olaraq dərk edir, şühudi olaraq Onu görmüş olur.
Ona görə də yollun əvvəli fitrətə yönəlməkdir. İnsan fitrətən
Allaha meyl edir və Onun varlığına etiqad edir. Meyl daxili,
həqiqi bir istəkdir.
Sual oluna bilər ki, bəs nə üçün bir çox insanlarda bu meyl,
yəni Allah meyli yoxdur?
Cavab budur ki, bütün insanlarda bu meyl var. Sadəcə etdikləri
günahlar meylləri ilə Rəbləri arasında pərdə olub. Günahlar da
həm etiqadi və həm də fiqhi olur. Bu maneələr çəkildikdə
fitrətlərindəki meyllər üzə çıxır. Aşağıdakı ayələr bu həqiqətə
işarə edir:
“(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara
buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini
(ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər.
Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən
bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri
isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain,
2
nankor olanlar danarlar!”
“İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf
dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz
1. Rum surəsi, 30-cu ayə.
2. Loğman surəsi, 32-ci ayə.