Page 93 - Islamic Studies 01
P. 93

,
               92) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               mərhəmətindən  onlara  daddıran  (onları  möhnətdən
               qurtaran)  kimi  içərilərindən  bir  qismi  Rəbbinə  şərik
                        1
               qoşar”.
                “(Müşriklər)       gəmiyə      mindikləri       zaman      (dəryada
               batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus
               edərək  (ixlasla)  Allaha  dua  edərlər.  Allah  onları  sağ-
               salamat  quruya  çıxaran  kimi,  yenə  də  (Ona)  şərik
                           2
               qoşarlar”.
                “Sizə  dənizdə  bir  çətinlik  (batmaq  təhlükəsi)  üz  verdiyi
               zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar.
               Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz
                                                       3
               döndərirsiniz. İnsan nankordur!”
               “Sizi  quruda  və  dənizdə  hərəkət  etdirən  Odur.  Siz
               gəmilərdə  olduğunuz,  (gəmilər  də)  içindəkiləri  xoş  bir
               küləklə apardığı və onlar buna sevindikləri zaman birdən
               fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr.
               Dalğaların  onları  bürüyəcəyini  yəqin  etdikdə  isə  Allaha  -
               dini  məhz  Ona  aid  edərək  yalvarıb  deyərlər:  'Əgər  bizi
                                                                                4
               bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq'”.
               Bütün  bu  ayələrin  hamısından  istifadə  edilir  ki,  Allaha  iman
                                          5
               insanın fitrətində əkilib.
                                                     6
               Firon  da,  Rəblik  iddiası  edirdi.   Bütün  mal-mülkü,  qüdrəti
               aradan  getdikdən,  aciz  və  möhtac  olduğunu  bildikdən  sonra,
               fitrətindən  gələn  şəhadətini  izhar  etdi:  “İsrail  oğullarını
               dənizdən  (sağ-salamat)  keçirtdik.  Firon  və  əsgərləri
               zalımcasına  və  düşməncəsinə  onların  arxasınca  düşdülər.
               (Firon)      batacağı     anda:      'İsrail    oğullarının      iman

               1.  Rum surəsi, 33-cü ayə.
               2.Ənkəbut surəsi, 65-ci ayə.
               3.  İsra surəsi, 67-ci ayə.
               4.Yunus surəsi, 22-ci ayə.
               5.  “Məfahimul-Quran”, Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani, c. 1, səh. 47.
               6.Naziat surəsi, 79-cu ayə.
   88   89   90   91   92   93   94   95   96   97   98