Page 90 - Islamic Studies 01
P. 90

Fitrətin insanın fərdi... / (89


               Fəlsəfə və fitrətin mövzusu
               Fəlsəfənin  mövzusu  fitrətin  hədəfidir.  Fəlsəfənin  axtardığını
               fitrət tanıtdırır. Fəlsəfə varlığı araşdırır, fitrət varlığın sahibini
               təqdim  edir.  Fəlsəfə  əqli  mühakimənin  nəticəsində  bir
               Yaradana  etiqad  edir,  fitrət  ondan  qabaq  nəticəni  aşkar  edir.
               Fitrət yolu ilə Allahı tanıma ona görə asandır ki, fitrət özündə
               olanı  göstərir.    Fəlsəfə  isə  əqli-məntiqi  meyarlarla  axtarıb
               tapdığının varlığına şəhadət verir.
               Ayətullah  Mürtəza  Mütəhhəri  (r.ə.)  buyurmuşdur:  “Fitrət
               mövzusu bir tərəfdən fəlsəfi mövzudur... Fəlsəfənin üç əsasə
               mövzusu  var:  Allah,  kainat  və  insan.  Bu  mənada  fitrət
               mövzusu  insana  aiddir.  Lakin  onun  bir  baxımdan  insana  və
               Allaha  aid  olduğunu  da  demək  olar.  Bu  məsələnin  bir  başı
                                                 1
               insan, digər başı isə Allahdır”.
               Hər  bir  insan  fitrət  sahibi  olduğu  halda  nə  üçün  hamı  Allah
               inancında deyil?
               Cavab budur ki, dünyəvi səbəb və bağlılıqlar insanı özündən
               uzaq salır, özü haqda düşünmür (və ya düşünmək istəmir) və
               bundan başqa Yaradanın Özünün varlığını belə sual altına alır.
               Hətta  mümkündür  ki,  bir  insan  fəlsəfi  yanaşmasına  əsasən
               Yaradanı inkar etsin, lakin içindəki fitrəti onun əqli qənaətini
               qəbul  etməsin  və  belə  halda  içindən  gələn  səs  “Allah  var”
               desin, amma onun maddi yanaşması “Allah yoxdur” desin.
               Əslində ağlın və fitrətin səsi eynidir. Hər ikisi Yaradanı qəbul
               edir. Lakin  fitrət  daha  yaxın  yoldur.  Bəzi  insanlar isə yaxını
               uzaqda  axtarır  və  nələrisə  isbat  etmək  üçün  özlərini  olduqca
               zəhmətə salırlar.




               1. “Fitrət”, Mürtəza Mütəhhəri, səh. 19.
   85   86   87   88   89   90   91   92   93   94   95