Page 89 - Islamic Studies 01
P. 89
,
88) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
yazıda, Ayətullah Mütəhhərinin (r.ə.) baxışlarına müraciət
etməklə bu kimi suallara cavab tapmağa çalışacağıq.
Fitrət sözü
1
Fitrət sözü ərəbcədən tərcümədə xilqət (yaradılış) deməkdir.
Fitrət sözünün kökü olan “fətərə (f-t-r) kəlməsi Quranda
2
dəfələrlə işlədilmişdir: “Fətərəhunnə” , “fatiris-səmavati vəl-
5
4
3
ərz” , “izəs-səmaun-fətərət” və “munfətirun bihi” .
6
Ayətullah Mütəhhəri (r.ə.) buyurmuşdur: “Bu kəlmə bütün
yerlərdə yaradılış (misli olmayan yaradılış) və xəlq etmək
mənasını daşıyır. Amma bu kəlmə “filət” vəznində olanda
yalnız insan və din barəsində işlədilmişdir. Ərəb ədəbiyyatında
kəlmənin “filət” şəklində işlədilməsi, onun hər hansı bir növ
mənasına dəlalət etməsini bildirir. Məsələn, oturmaq mənasını
bildirən “cilsət” kəlməsi bu şəkildə işlənərsə, xüsusi bir oturuş
tərzi mənasını bildirəcəkdir. Bu qrammatik qaydaya əsasən,
“fitrətəllah” kəlməsi xüsusi yaradılış forması mənasını
daşıyacaqdır. Bununla demək istəyir ki, biz insanı xüsusi bir
yaradılış tərzilə xəlq etmişik...
Fitrət kəlməsini araşdırdıqdan sonra belə bir nəticə əldə
olunur. 1. İnsan yaradılışı sabiqəsi olmayan bir xilqətdir; 2. Bu
yeni məxluqda qabaqca yaradılmış varlıqlarda olmayan
7
xüsusiyyətlər vardır”.
1. www.almougem.com
2. Ənbiya surəsi, 56-cı ayə.
3. Ənam surəsi, 14-cü ayə. Bu ifadə başqa beş ayədə də işlənmişdir.
4.İnfitar surəsi, 1-ci ayə.
5. Muzzəmmil surəsi, 1-ci ayə.
6. Yəni fitrət sözünün kökü olan “fətərə (f-t-r) kəlməsi.
7. “İnsan tanıma”, Ustad Şəhid Mürtəza Mütəhhəri, səh. 32-34.