Page 91 - Islamic Studies 01
P. 91
,
90) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Fitri və qeyri-fitri əməllər
İnsanın həyatında yerinə yetirdiyi əməllər iki növdür:
1. Fitri əməllər (fitri meyllərdən qaynaqlanan əməllər).
2. Adi əməllər.
Fitri əməllər: Fitri əməllər, insanın yaradılışından
qaynaqlanan əməllərdir. Belə əməllərdə təlim və müəllimə
ehtiyac yoxdur.Məsələn,nəfəs almaq, xətərlə üzləşdikdə özünü
müdafiə etmək, bir cinsin öz əks cinsinə meyl etməsi və s.
Adi əməllər: Adi əməllər, fitrətdən qaynaqlanmayan, xarici
amillərin təsiri əsasında yerinə yetirilən əməllərdir. Məsələn,
insanın paltara ehtiyacının olması fitridir, lakin onun
keyfiyyəti adi əməllərdəndir. Bu geyim rəng, ölçü və s. ilə
müxtəlif millətlərdə, millətlər içərisində də fərdlərin zövqünə
əsasən fərqlidir. Həmçinin insanın yaşaması üçün məskənə,
mənzilə ehtiyacının olması fitridir. Lakin onun keyfiyyəti
geyim misalında olduğu kimi adi əməllərdən sayılır.
1
Əgər insan öz içində, elm, əxlaq, sənət və gözəlliyə şiddətli
meyl olduğunu görsə, bu meyl, (mənəvi) kamilliyə çatmaq
üçün olan o eşqdən qaynaqlanan şöbədir. Mütləq kamilliyə
çatmaq üçün olan bu eşqin insan daxilində olduğunun ən aydın
dəlili budur ki, hər hansı bir maddi kamal insanın susuzluğunu
2
aradan aparmır.
Nəticə əldə edirik ki, insan bəzən içdən gələn meyllərin
ünvanını səhv salır və həmçinin onların həyata keçməsində
ifrata varır.
1. “Məfahimul-Quran”, Ayətullah əl-üzma Şeyx Cəfər Sübhani, c. 1, səh. 51-52.
2. Həmin, səh. 65.