Page 18 - Islamic Studies 02
P. 18

16) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               qüvvəsini  digər  qüvvələrə  hakim  edib,  əbədi  səadətə  çatmaq
               uğrunda  əlindən  gələni  etsin,  gözəl  xislətlərə  yiyələnib  pis
               xislətlərdən uzaq olsun. Cismani ləzzətlər və nəfsinin istəkləri
               ardınca  çox  qaçmasın,  şəhvət  və  nəfsinin  istəklərini  yalnız
               zərurət  miqdarında  təmin  etsin.  Yeməyi  yalnız  sağlamlığını
               qoruyub  bədənin  ehtiyacı  miqdarında  yesin,  daha  başını
               müxtəlif  çeşidli  yeməklərlə  aldatmasın.  Əgər  birdən  zərurət

               miqdarından  çox  da  yesə,  o  qədər  yeməsin  ki,  başqalarının
               yanında rüsvay olsun. Geyimini elə geyinsin ki, onu istidən və
               soyuqdan  saxlaya  bilsin,  bundan  artığını  edərsə  də,  elə
               geyinməsin  ki,  insanların  nəzərində  gözdən  düşsün.  İntim
               münasibətlərə  çox  da  aludə  olmasın,  yalnız  bədənin  tələb
               etdiyi  və  nəslin  qorunub  saxlanılması  üçün  lazım  miqdarla
               kifayətlənsin.  Bir  sözlə  başını  çox  da  dünyanın  eyş-işrətinə
               qatmasın.  Əks  təqdirdə  bu,  onu  əbədi  bədbəxtliyə  aparıb
               uçuruma yuvarladacaq.
                  Ey  Allahın  bəndələri,  Allah  rizasına  özünüzə  rəhminiz
               gəlsin,  ruhunuza  laqeyd  qalmayın.  Ayaqlarınız  sınmazdan
               qabaq bacardığınız  qədər  çox  yol qət  edin, ölüm yetişməmiş
               özünüzü  dərk  edin.  Qəflət  yuxusundan  ayılın,  ömür  çox
               qısadır. Mənfi xislətlər özünə yer etməmiş, xoşəgəlməz sifətlər
               adət  halını  almamış,  şeytan  ordusu  qəlblərinizə  hakim
               kəsilməmiş,  ən  qüvvətli  dövrünüz  olan  gəncliyiniz  başa
               çatmamış  bir  çarə  fikirləşin.  Yoxsa  ömür  keçə-keçə  mənfi
               xislətlər özünə yer edib daha da möhkəmlənəcək. Gəncliyində
               şeytan  ordusuna  qarşı  mübarizə  apara  bilməyən  şəxs
               qocaldıqca necə mübarizə apara bilər ?!
                 Lakin  Allahdan  ümid  kəsilməz.  “Allahın  mərhəmətindən
               ümidinizi  kəsməyin.  Allahın  mərhəmətindən  yalnız  kafirlər
                                1
               ümidini üzər!”

               1Yusuf, 87.
   13   14   15   16   17   18   19   20   21   22   23