Page 140 - Islamic Studies 02
P. 140

138) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Heç  kim  onun  yanına  getmir,  ona  salam  vermir  və  hətta
               qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
               Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat
               olurdu.  Nəhayət,  Fatiməyə  (s.ə.)  hamilə  olduğu  zaman
               anasının  bətnində  onun  qəm-qüssəsinə  şərik  oldu,  Fatimə
               (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli
               olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə

               (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir
               gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki
               övladı  ilə  danışdığını  gördü.  Xədicə  (s.ə.)  Peyğəmbərin  (s):
               “Səninlə  danışan  kim  idi?”  –  sualına  belə  cavab  verdi:
               “Bətnimdəki  uşaq!”  Peyğəmbər  (s)  buyurdu:  “Cəbrail  mənə
               xəbər  verib  ki,  bu  körpə,  qızdır,  özü  də  pak  və  mübarəkdir.
               Allah-Taala  nəslimi  onun  vasitəsilə  davam  etdirəcək.  Bu
               ümmətin  rəhbərləri  onun  nəslindən  vücuda  gələcək  və  onlar
               vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.”
               (“Biharul-ənvar”, c.16, səh.79. )
               İmam  Sadiq  (s)  başqa  bir  hədisdə  buyurmuşdur:  “Fatimənin
               “Fatimə”  adlandırlmasının  səbəbi  odur  ki,  insanlar  onun
               həqiqətini  dərk  etməkdən  acizdirlər.”  (“Biharul-ənvar”,  c.43,
               səh.65, hədis 580.)

               8.  Xanım  Fatimeyi-Zəhra  (s.ə.)  imam  Kazimin  (ə)
               kəlamında:
               İmam  Kazim  (ə)  buyurmuşdur:  “Həqiqətən,  Fatimə  (s.ə.)
               düzdanışan və şəhiddir.” (“Miratul-üqul”, c.5, səh.315.)


               9.  Xanım  Fatimeyi-Zəhra  (s.ə.)  imam  Rzanın  (ə)
               kəlamında:
               İmam  Rza  (ə)  məsum  ata-babalarından  Peyğəmbəri-Əkrəmin
               (s) belə buyurduğunu nəql etmişdir: “İmam Əli (ə) ilə xanım
               Fatimeyi-Zəhra (s.ə.) evləndikdən sonra Allah-Taala buyurdu:
               “Əgər Əlini yaratmasaydım, yer üzündə qızın Fatiməyə həyat
   135   136   137   138   139   140   141   142   143   144   145