Page 137 - Islamic Studies 02
P. 137

Xanım Fatimeyi Zəhranın (s.ə) fəzilət ./ (135


               parlayar.  Bu  zaman  Allah-Taala  mələklərinə  buyurar:  “Еy
               mələklər,  Mənim  hüzurumda  ibadət  üçün  dayanmış
               kənizlərimin  sərvərinə  bir  tamaşa  еdin.  Görün,  dərgahımda
               bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir...”
               “Fatimə  (s.ə.)  İbadət  mehrabında  dayanarkən  müqərrəb
               mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah
               Fatiməni  seçdi,  pakladı  və  ona  üstünlük  verdi.”  “Hər  kəs
               Fatiməni  sevsə,  şübhəsiz,  məni  sevmiş  və  məni  sevən  də,
               şübhəsiz, Allahı sevmişdir.” “Həqiqətən, Allah Fatimənin razı
               olması ilə razı olar və qəzəblənməsi ilə qəzəblənər.”

               2. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlinin (ə) kəlamında:
               Nəql olunur ki, imam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.)
               evləndikdən bir neçə gün sonra Peyğəmbəri-Əkrəm (s) imam
               Əlidən (s): “Fatimə sənə necə zövcədir?” – deyə soruşduqda,
               imam  Əli  (ə) belə cavab verir: “Allaha itaət və bəndəçilikdə
               mənə  ən  gözəl  yardımçıdır.”  (Əl-mənaqib”,  3-cü  cild,
               səh.355.)







               3.  Xanım  Fatimeyi-Zəhra  (s.ə.)  imam  Həsənin  (ə)
               kəlamında:
               İmam Həsən (ə) anası Fatimə (s.ə.) haqda belə buyurmuşdur:
               “Bir gecə anamın mehrabda namaz qıldığını gördüm. O, gün
               doğana qədər rüku və səcdə etdi. Eşidirdim ki, bir-bir kişi və
               qadınların adlarını çəkərək onları dua edir, özünə isə bir hacət
               istəmirdi. Soruşdum: “Anacan! Nə üçün başqalarına dua etdin,
               lakin  özünü  dua  etmədin?”  Anam  buyurdu:  “Oğlum,  birinci
   132   133   134   135   136   137   138   139   140   141   142