Page 138 - Islamic Studies 02
P. 138
136) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
qonşu, sonra isə (öz) ev(in)! (“Biharul-ənvar”, 45-ci cild,
səh.9.)
Həmçinin o həzrət buyrmuşdur: “Dünyada (anam) Fatimədən
(s.ə.) abid bir kəs yox idi və o qədər ibadətlə məşğul olurdu ki,
ayaqları belə şişirdi.” (“Biharul-ənvar”, 43-cü cild, səh.61.)
4. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hüseynin (ə)
kəlamında:
İmam Hüseyn (ə) “Aşura” gecəsi bacısı xanım Zeynəbin (s.ə.)
taqətsizliyini gördükdə, ona təsəlli verərək keçmişdə nəsil-
nəcabətinin başına gəlmiş ağır hadisələri, o cümlədən, anası
Fatimənin (s.ə.) çətin günlərini xatırlayaraq buyurmuşdur:
“Anam Fatimə məndən yaxşı idi, amma o da dünyada
qalmadı.”(“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh.559.)
Digər bir rəvayətdə o həzrətin belə buyurduğu nəql olunur:
“Bir gün Allahın Rəsulu (s) Ümmü-Sələmənin evində ikən,
Sərsail adlı mələk o həzrətə nazil olub deyir: “Nuru nurla
evləndir!” Allahın Rəsulu (s) “Kimi kimlə evləndirim?” – deyə
soruşduqda, Sərsail deyir: “Qızın Fatiməni (s) Əli ibn Əbu
Taliblə (ə)!” Ondan sonra Allahın Rəsulu (s) Cəbrail, Mikail
və Sərsailin hüzurunda Fatiməni (s.ə.) Əli (ə) ilə evləndirir.
(“Biharul-ənvar”, 43-cü cild, səh.213, hədis 31.)
5. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Səccadın (ə)
kəlamında:
İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü xanım
Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman,
belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən
başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir).
Budur Mühəmmədin (s) qızı Fatimə!” Xanım Fatimə (s.ə.) və
onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala
bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə,
Məndən istə!” Xanım Fatimə (s.ə.) ərz edər: “İlahi! Mənim