Page 139 - Islamic Studies 02
P. 139
Xanım Fatimeyi Zəhranın (s.ə) fəzilət ./ (137
istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.”
(Əvalimul-ülum”, 11-ci cild, səh.2, hədis: 1779-1780.)
6. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Baqirin (ə)
kəlamında:
İmam Baqir (ə) Cabirə buyurmuşdur: “Qiyamət günü Cəbrail
belə nida edər: “Xüveylidin qızı Xədicə haradadır? İmranın
qızı Məryəm, Müzahimin qızı Asiyə və Musanın bacısı
Ümmü-Gülsüm haradadır?” Onlar ayağa qalxarlar... Allah-
Taala buyurar: “Ey əhli-məhşər! Bu gün Mühəmməd, Əli,
Həsən, Hüseyn və Fatiməyə kəramət bağışladım. Başlarınızı
aşağı dikin və gözlərinizi yumun ki, Fatimə behiştə daxil
olmaq istəyir.” Ondan sonraCəbrail behiştdən bir dəvə gətirib
xanım Fatiməni (s.ə.) behiştə aparar. Xanım behiştə
yaxınlaşdıqda, behiştə daxil olmağa tələsər. Allah-Taala
buyurar: “Nə üçün tələsirsən?” Fatimə (s.ə.) deyər: “Belə bir
gündə məqamımın tanınmağını istəyirəm.” Allah-Taala
buyurar: “Geri qayıt, səni və övladlarını sevən hər bir kəsin
əlindən tut və beşhiştə apar!” İmam Baqir (ə) sözünə belə
davam etdi: “Ey Cabir, Allaha and olsun! Həmin gün Fatimə
(s.ə.) öz şiələri və dostlarını camaatın arasından yaxşı dəni pis
dəndən ayıran quş tək ayıracaqdır.” (“Biharul-ənvar”, c.43,
səh.64.)
7. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Sadiqin (ə)
kəlamında:
Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım
Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda,
o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s)
evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər.