Page 141 - Islamic Studies 02
P. 141
Xanım Fatimeyi Zəhranın (s.ə) fəzilət ./ (139
yoldaşı tapılmayacaqdı.” (“Üsuli-kafi”, c.1, səh. 141, hədis
177.)
10. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Cavadın (ə)
kəlamında:
İbn Həmzə imam Cavaddan (ə) belə nəql edir: “Allahın Rəsulu
(s) Salman Farsiyə buyurdu: “Ey Salman! Allah-Taala qızım
Fatimənin bütün əzalarını hədsiz iman və yəqinlə
doldurmuşdur...” (“Əs-saqibu fil-mənaqib”, səh.29, hədis 248.)
11. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hadinin (ə)
kəlamında:
İmam Hadi (ə) Allahın Rəsulundan (s) belə nəql edir: “Xanım
Fatimənin (s.ə.) “Fatimə” adlandırılmasının səbəbi odur ki,
Allah-Taala onu və dostlarını cəhənnəm odundan uzaq
saxlayacaqdır.” (“Lisanul-mizan”, c.3, səh.346.)
12. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Həsən Əskərinin (ə)
kəlamında:
İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Biz imamlar Allahın
sizin üzərinizdəki höccətləriyik. Bizim höccətimiz isə anamız
Fatimədir (s.ə.).” (“Kafi”, c.6, səh.48.)
13. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Zamanın (ə)
kəlamında:
İmam Zaman (ə) buyurmuşdur: “Rəsulullahın qızı Fatimə
mənə ən gözəl nümunə və örnəkdir.” (“İsmət aynası” və
Peyami-zən” jurnalı.)