Page 142 - Islamic Studies 02
P. 142

140) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Nəticə
               Xanım Zəhra (s.ə) günah və xətalardan uzaq olaraq tam ismətə
               sahibdir                        və                        məsumədir.
               Bunun üçün kifayət qədər dəlillərimiz vardır. Bütün alimlərin
               Təthir  ayəsi  (paklığ)  və  “Kisa”  hədisi  barəsində  fikir  birliyi
               vardır və bu şəxslərin Hz. Peyğəmbər (s), Hz. Əli, Hz. Zəhra
               və  İmam  Həsən,  İmam  Hüseyn  (ə.s)  olduqları  bildirilir.


                                                    ْ
                                     ْ
                                                        َ
                                                                         ْ
                                                              ِ
                                   ا ً ريهطَت ْمُكرهَطُيو ِتْيَبلا َلْهأ سْجرلا مُكْنَع  َ بِهذُي   ِل ُ ه اللّ ُديرُي ام   هنإ
                                          َ ِ
                                               َ
                                                                                      ِ َ
                                                                 ُ
                                                                                 ِ
                                    ِ
                                                          َ

                                  ْ
               Bu  ayədəki    َ بِهذُيِل  kəlməsi  (lamul-əmr)  qeyd-şərtsiz  bütün
               günahların olmamasını və bütün günahlardan uzaqlığı bildirir.
               Həmçinin  Hz.Əli  (ə)  Peyğəmbərin  dilindən  belə  nəql  edir  :
               “Peyğəmbər  (s)  Fatiməyə  dedi:  Allah  sənin  qəzəbinlə
               qəzəblənər,  sənin  rizanla  razı  olar.”  Bu  o  deməkdir  ki,
               Xanımın  (s.ə)  qəzəbi  və  rizası,  Allahın  qəzəbi  və  rizası  ilə
               müvafiqdir  (uyğun).  Yəni  Xanımın  (s.ə)  qəzəb  və  rizası
               (davranış və əhvali) tam şəriətlə, ilahi göstərişlə uyğundur. O
               (s.ə) qəzəb və sevinc halında heç vaxt ilahi rizayla, haqqla zidd
               olmaz.  Bu  da  (Allahın  qəzəb  və  rizası  ilə  yuğunluq)
               məsumluğa aşkar dəlildir. Həmçinin Peyğəmbər (s) buyurub:
               “Mən  sizin  aranızda  möhkəm  yapışdığınız  halda  heç  vaxt
               zəlalətə  düşməyəcəyiniz  iki  əmanət  qoyram:  Allahın  kitabını
               və itrətim (soyum) olan Əhli-Beytimi. Onlar (ikisi) heç vaxt,
               qiyamətə qədər bir-birindən ayrılmazlar. Bu da o deməkdir ki,
               Quran və Əhli-Beyt (ə) arasında bağlılığ vardır. Bu da ismət və
               məsumluğdur!”
   137   138   139   140   141   142   143   144   145   146   147