Page 147 - Islamic Studies 02
P. 147
Qurani-Kərimdə övlad tərbiyəsi metodları
1
Könül İmanova
Abstrakt
Şübhəsiz ki, müqəddəs İslam dinində tərbiyə və onunla bağlı
məsələlərin əhəmiyyəti sübuta ehtiyacı olmayacaq qədər
aydındır. Məhz bu əhəmiyyət cənab Haqqın Quranda, məsum
öndərlərin hədislərində, görkəmli alim və şərhçilərin bu
mövzuda son sözü demələrinə səbəb olmuşdur. Yaşadığımız
dövrdə əxlaq və təlim-tərbiyənin əsas qaynağı olan ailə
quruluşunda meydana gələn büdrəmələr, onun zəruri prinsip
və dəyərlərinə etinasızlıq həyatın sütunlarını sarsıdaraq, müasir
dövrün əlacı olmayan “özünə biganəlik” xəstəliyinə yol açan
“insana biganəlik” adına layiq görülməsinə gətirib çıxarmışdır.
Elə həmin səbəbdən, bu meqalede tərbiyə mövzusu və onun
metodları müqəddəs kitabımız olan Quran baxımından
araşdırlımış və lazımı məqamlar qeydə alınmışdır.
Açar sözlər: tərbiyə, əxlaq, ailə, uşaq, övlad, hüquq, islam,
din
1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.