Page 148 - Islamic Studies 02
P. 148

146) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Müqəddimə
               İslamda  övlad  tərbiyəsinin  nə  dərəcə  əhəmiyyətli  olduğunun
               Qurani-Kərimdə də dəlilləri var. Belə ki, övlad arzusunda olan
               valideynlər Zəkəriyyə Peyğəmbərin duası ilə Allaha üz tutaraq
               Ondan  pak  övladlar  istəyirlər:  “Ey  Rəbbim!  Öz  tərəfindən
               mənə  pak  bir  nəsil  bəxş  et!  Şübhəsiz  ki,  Sən  duaları
               Eşidənsən”. (“Ali-İmran” surəsi, 38-ci ayə).

               Uşaq  tərbiyəsi  olduqca  mühüm  və  məsuliyyətli  vəzifədir.
               Çünki,  uşaqlarımızın  düzgün  tərbiyəsi,  sağlam  gələcəyimizin
               təzminatıdır.  Məhz  böyüklərin  verdiyi  tərbiyə,  uşağın
               şəxsiyyətinin  formalaşmasında  və  cəmiyyətə  yararlı,  faydalı,
               istedadlı, savadlı, gözəl əxlaqlı insan kimi təqdim olunmasında
               əsaslı  rol  oynayır.  Bu  sahədə,  birinci  növbədə  əsas  vəzifə
               valideynin öhdəsinə düşür. Valideyn həm uşaqla davranışında,
               həm də, bir-birilərilə, digər ailə üzləri ilə rəftarında gözəl əxlaq
               nümayiş  etdirməlidir  ki,  bu  uşağın  beyinaltı  qavramına  həkk
               olunsun. Uşağı təhqir etmək, döymək, kobud davranmaq, onu
               dinləməmək,  təklikdə  və  cəmiyyət  içərisində  daim  tənqid
               atəşinə  tutmaq  olduqca  təhlükəli  və  yanlış  rəftarlardır.  Belə
               davranışlar  onun  psixoloji  gərginlik  keçirməsinə,  özünə
               inamsızlığına,  şəxsiyyət  əskikliyinə,  qəddarlığına,  amansız
               xüsusiyyətlərə  malik  olmasına  və  onlarla  adını  çəkmədiyim
               mənfi xüsusiyyətlərə sahib olmasına gətirib çıxarır. Buna görə
               də,  uşaq  tərbiyəsi  zamanı  çox  diqqətli  və  səbirli  olmaq
               lazımdır. Əks təqdirdə, gələcəkdə övladlarımızın zərəri təkcə
               cəmiyyətə deyil, bizə də çatacaq. Necə ki, dini mənbələrimizdə
               gələn hədislərdə dəfələrlə buna işarə edilir. Allahın elçisi (s)
               bu barədə belə buyurur: "Allah-taala, övladlarını onların üzünə
               ağ olmağa məcbur edən, ata-anaya nifrin edər."
               Ümumiyyətlə, uşaq tərbiyəsi ya ata-ana tərəfindən, yaxud da,
               müəyyən  bir  tərbiyəçi  tərəfindən  həyata  keçirilir.  Hər  bir
               sistemdə tərbiyənin özünəməxsus yol və üslubları olduğu kimi,
   143   144   145   146   147   148   149   150   151   152   153