Page 149 - Islamic Studies 02
P. 149

Qurani-Kərimdə  övlad tərbiyəsi metodları ./ (147


               islamda  da,  uşaq  tərbiyəsinin  özünə  məxsus  yol  və  üslubları
               vardır. Burada həmin üslublardan bir neçəsinə işarə edirik.

               Övlad tərbiyəsindəki əsas məqamlar
               1. Övladları sevməyə və onlara qayğı göstərməyə təşviq:
               Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
               “Övladını  öpənə  Allah  savab  yazar,  onu  sevindirəni  qiyamət
               günü  sevindirər,  ona  Quranı  öyrədənin  ata-anasını  çağırıb,
               onlara iki libas geyindirilər ki, nuru behişt əhlinin çöhrələrini
               işıqlandırar.”
               “Ət-təbəqatül-kübra”  kitabında  Müaviyə  ibn  Qürrənin
               əmisindən belə söylədiyi nəql olunur:
               “O, kiçik oğlu ilə Peyğəmbəri-Əkrəmin (s) yanına gəlib, onu
               Həzrətin  qabağında  otuzdurdu.  Həzrət  ona  (uşağın  atasına)
               buyurdu: Onu çox istəyirsənmi? Dedi: Bəli, lap çox!
               Bir zaman həmin uşaq öldü. Həzrət atasına buyurdu: Elə bil,
               onun ölümünə görə narahatsan? Dedi: Bəli!
               Həzrət  buyurdu:  Məgər  Allahın  səni  behiştə  apardığı  zaman
               onun behişt qapılarından birinə tərəf gəlib üzünə açmasından
               sevinməzsənmi? Dedi: Bəli!
               Həzrət  buyurdu:  Həqiqətən,  Allahın  istəyi  ilə  sən  belə  də
               olacaqsan!”   [3]
               2. Peyğəmbərin (s) uşaqlara mehriban rəftarı və onlara qayğısı:
               Əhməd ibn Hənbəlin “Müsnəd” kitabında Vəlid ibn Üqbədən
               belə nəql olunur:
               “Peyğəmbəri-Əkrəm  (s)  Məkkəni  fəth  etdikdə,  məkkəlilər
               uşaqları  ilə  birgə  o  həzrətin  yanına  gəlir  və  Həzrət  də  əlini
               onların başına çəkib, dua edirdi.”    [4]
               Müslümün  “Səhih”  kitabında  Əmr  ibn  Səiddən  Ənəs  ibn
               Malikin belə söylədiyi nəql olunur:
   144   145   146   147   148   149   150   151   152   153   154